“Bir çox ölkələrdə təbii adalar belə satışa çıxarılır” – Həsənquliyevdən Tahir Mirkişiliyə ETİRAZ

“Bir çox ölkələrdə təbii adalar belə satışa çıxarılır” – Həsənquliyevdən Tahir Mirkişiliyə ETİRAZ

“Tahir Mirkişili mənə uğursuz cavab verməyə cəhd etdi”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənqliyev Tahir Mirkişiliyə cavabında deyib .

 

“Bir çox ölkələrdə təbii adalar belə satışa çıxarılır. Hətta ötənlərdə belə bir xəbər oxudum. Əgər xarici təcrübəyə istinad ediriksə, bu barədə daha çox araşdırma edin”, - millət vəkili bildirib. 

 

Xatırladaq ki, deputat Tahir Mirkişili süni adaların su fondunun üzərində yaradıldığı üçün özəlləşdirilə bilməyəcəyini, dövlətin hesabında olmalı olduğunu bildirib və bunun dünyanın hər yerində belə olduğunu qeyd edib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR