Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

 

Bu barədə Sfera.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnunluq ifadə ediblər. Hazırda siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə münasibətlərin inkişafı üzrə əhəmiyyətli addımlar atıldığı vurğulanıb.

 

Məlumata görə, C.Bayramov eyni zamanda regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında əlaqələrin inkişafının, 3+3 kimi regional formatların səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

 

Səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib. Səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini qeyd edib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.

 

Görüş zamanı, tərəflər arasında qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

C.Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.


OXŞAR XƏBƏRLƏR

İsveç polisi Quranın yandırılmasına icazə verdi

İsveç polisi Quranın yandırılması ilə bağlı daha bir aksiya keçirməyə icazə verib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, müsəlmanların müqə...

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Bakıda bəy gəlini Bakının Nizami rayonunda 2000-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib. ...

Bütün ailəsi narkoman idi: Üç dəfə həbsdə olan gənc hakim oldu

Üç dəfə həbsdə olan Pensilvaniyadan (ABŞ) 27 yaşlı Hənif Conson həyata təmiz səhifə ilə başlamağı bacarıb. O, ştatın ən gənc hakimi seçilib.   Sfera....

Qadınlar həyatlarının bu dönəmində daha çox depressiyaya girirlər

Yeni bir araşdırmaya görə, menopoz dövründəki qadınların hələ bu dövrə girməmiş qadınlara nisbətən depressiyaya düşmə ehtimalı təxminən yüzdə 40 daha çoxdur. ...

5 yaşında dünyanın ən gözəl qızı şeçilib - FOTO

Dünyada gözəllik uğrunda mübarizə getdiyi bir dövrdə, uşaqlar da bu etiketlərin bir hissəsinə çevrilirlər. Nə qədər doğru və ya yanlış olduğunu deyə bilmərik.&n...

D vitamininin xərçənglə mübarizədə faydası kəşf edildi

Xərçəngin müalicəsində D vitamininin yeni faydası kəşf edilib. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bir növ bağırsaq florasını gücləndirdiyi m...