“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib. 


Sfera.az xəbər verir ki, belə bir iddianı "Jerusalem Post” qəzeti İsrail ordusundakı mənbəyə istinadən irəli sürüb. 


Nəşr yazır ki, dünən gecə İsfahan vilayətinin şimal-şərqinə İsrail ordusu tərəfindən hücum həyata keçirilib.

 

Qəzet hücumun necə icra edildiyini də təsvir edib: “Cümə günü erkən saatlarda İsrail təyyarəsi İsfahandakı İran Hərbi Hava Qüvvələri bazasına yaxınlaşaraq raket zərbələri endirib”. 


Qəzetin yazdıqlarından belə aydın olur ki, İsrail İranın hava məkanına daxil olmaq üçün “F-35” təyyarəsindən istifadə edib. Məlumata görə, İranda mövcud olan hava hücumundan müdafiə vasitələrinin radiolokasiya sistemləri  “F-35” təyyarələrini aşkarlamaq qabiliyyətinə malik deyil. 


Qeyd edək ki, İranın rəsmi kütləvi informasiya vasitələri hücumun raket və ya təyyarə ilə həyata keçirildiyini təsdiqləmir. İran tərəfi İsfahan üzərində PUA-ların aşkarlandığını və onların hamısının vurulduğunu, bəzilərinin isə yerə düşən zaman yanğına səbəb olduğunu bildirib. 


Vasif


 


OXŞAR XƏBƏRLƏR

Cəfər Cabbarlının 125 illiyi qeyd edildi - FOTO

Mayın 2-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə görkəmli kinodramaturq, kinoşünas, rejissor Cəfər Cabbarlının 1...

SOCAR prezidenti Oleksey Çernişov ilə görüşdü

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Oleksey Çernişo...

Hitlerin iqamətgahında dəhşətli kəşf: Alimlər nəfərin qalıqlarını tapdılar 

Arxeoloqlar vaxtilə Hermann Goeringin evi olmuş, sonralar Adolf Hitlerin qərargahına çevrilmiş “Qurd yuvası” adlandırılan iqamətgahı araşdırarkən də...

Narkotacirlərlə əlaqədə şübhəli bilinən gözəllik kraliçası: Müəmmalı “İnstaqram” paylaşımı

23 yaşlı “Gözəllik kraliçası” Lendi Parraqa Goiburo güllələnərək öldürülüb.   Keçmiş “Miss Ekvador” yarışmacısı Ekvadorun Kev...

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Türkiyə bu gün İsraillə bütün ticarət əlaqələrini – idxal və ixracı - dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “Blumberq” i...

Gəncədə məktəbli bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az məlumatına görə, hadisə şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alını...