ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Vaşinqtonun bu mesajda hədəfi Ermənistan ictimai rəyində Rusiyanı etibarsızlaşdırmaqdır. Onun sözlərinə görə, Moskva sülhməramlıların çıxarılmasını Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması ilə əlaqələndirir və məsuliyyəti Paşinyan, o cümlədən Qərb tərəfdaşlarının üzərinə atır.

 

A.Nərimanlı bildirib ki, bu qarşılıqlı ittihamlardan çıxan iki nəticə var:

 

“Birincisi, hər iki tərəf - Rusiya və ABŞ “erməni maraqları” məsələsində ortaq nöqtədən çıxış edir. Müxtəlif coğrafiyalarda Rusiyaya qarşı mübarizə aparan, rus qoşunlarının çıxarılmasını tələb edən – Dnestryanı, Abxaziya kimi nümunələr var – ABŞ eyni addımın Qarabağda atılmasını istəmir. Bu addımı atmağa məcbur olan Rusiya Qarabağda belə vəziyyətlə üzləşməsini Paşinyanın “yanlış siyasəti” ilə əlaqələndirir və ermənilər qarşısında “təmizə çıxmağa” çalışır. İkincisi, hər iki tərəf - Rusiya və ABŞ anlayır ki, Qarabağda artıq vəziyyəti dəyişdirə bilməyəcəklər, “günah keçisi” axtarışı da bundan qaynaqlanır”.

 

Ekspert bildirib ki, Qərbdə narahatlıq yaradan digər məqam erməni əhalisinin geriyə qayıdışı üçün son imkanın da sıradan çıxmasıdır:

 

“Ermənilərin geri qayıtması praktiki olaraq çətin olsa da, sülhməramlıların Qarabağda qalması bu “qapını aralı” saxlamağa imkan verirdi və hər iki tərəf – Qərb və Rusiya “ermənilərin qayıtması” ideyasından Azərbaycana qarşı təzyiq məqsədilə istifadə edirdi. İndi bu “qapı” da bağlandı. Zaxarovanın “Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək şərti ilə geri qayıtmaq imkanı olmalıdır, Azərbaycanın bununla bağlı qəbul etdiyi reinteqrasiya proqramını dəsəktəkləyirik” açıqlaması da ittihamlardan yayınmaq xarakteri daşıyır. İstisna deyil ki, bu prosesdə Qərb və Rusiyadan “erməni əhalisinə” verilən müxtəlif dəstək bəyanatları davam edəcək. Hərçənd, bu bəyanatların, fikirlərin Azərbaycan sərhədləri daxilində vəziyyətə təsir etməsi, yaxud nəyisə dəyişməsi imkanı artıq yoxdur”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bakıda küləkli hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrome...

Bu yayın qəribə trendi: Məşhurlar bu ayaqqabılara dəli olurlar

Yaz-yayın gəlişi ilə balet və meş qarışığı olan yeni ayaqqabı növü məşhurlar arasında getdikcə populyarlaşır.   Sfera.az bildirir ki, meş dabanlı aya...

Jerar Depardye cinsi qısnama ittihamı ilə mühakimə olunacaq

Aprelin 29-da cinsi qısnama və təcavüz ittihamı ilə polis tərəfindən saxlanılan 75 yaşlı fransız aktyor Jerar Depardye məhkəmə qarşısına çıxacaq. Bu məlumatı Fr...

Zürafə pilləkənlərdən itələdi: Zoopark işçisi reanimasiyaya düşdü 

27 yaşlı zoopark işçisi zürafənin pilləkənlərdən aşağı itələməsi nəticəsində beyin zədəsi ilə reanimasiyaya yerləşdirilib. Hadisə Miçiqan ştatındakı “Deer...

Nikoldan delimitasiya AÇIQLAMASI

"Ermənistan Müdafiə Nazirliyi demarkasiya olunmuş ərazilərdə sərhədləri qorumayacaq”.   Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naz...

Sevgilisinin bir nüsxəsini hər yerə özü ilə aparır - FOTOLAR

ABŞ-dan olan 31 yaşlı Jade Çipps hazırda 30 il həbs cəzası çəkən sevgilisi Krisisin karton surətini hər yerdə özü ilə aparır.    Sfera.az bildir...