Bu layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını TƏMİN ETMƏKDİR

Bu layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını TƏMİN ETMƏKDİR

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə meliora¬siya və su təsərrüfatı sahəsində geniş islahatlar aparılıb, irimiqyaslı layihələr həyata keçirilib. Görülən işlərin davamı olaraq, dövlətimizin başçısı cənab İlham Əliyev bir neçə gün öncə Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı və aprelin 16-da kanalın təməlini qoydu. Təməlqoyma mərasimində çıxış edən dövlətimizin başçısı qeyd edib ki, bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir: «Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, – artıq bu kanal Şirvan kanalı adlandırılır, – yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq».

 

Şirvan suvarma kanalının əhəmiyyətini vurğulayan möhtərəm Prezidentimiz xüsusilə vurğulayıb ki, üç ildən sonra, 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışı keçiriləcək. Qeyd edilib ki, kanalın istifadəyə verilməsindən sonra ərazidə əkin sahələri iki dəfədən çox artırılacaqdır. Prezident İlham Əliyev bildirib ki, “İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.

 

Dövlət başçısı bu layihənin timsalında qeyd etdi ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilib. İlk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihədir.  Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.

 

“Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk”, - deyən dövlət başçısı gələn il Qarabağ kanalının inşasına başlanılacağını vurğulayıb. “Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.

 

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, həyata keçirilmiş və gələcək onilliklərdə nəzərdə tutulan tədbirlər dövlət başçısı İlham Əliyevin meliorasiya sahəsinə diqqət və qayğısının əyani təzahürüdür.

 

Şahlar Həsənov 
Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


OXŞAR XƏBƏRLƏR

İbtidai siniflərə yaz tətilində ev tapşırığı verilməlidirmi? - Təhsil ekspertindən AÇIQLAMA

Dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayıb. Tətil dövründə şagirdlərin səmərəli ...

TDT Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlanılmasını ALQIŞLAYIR

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayır.   Bunu Sfera.az-a ...

COP29-un rəsmi saytı istifadəyə VERİLDİ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib.   S...

Qohumu Ağstafa icra başçısına qarşı məhkəmədə İFADƏ VERDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna hökm oxunub.    Sfera.az xəb...

Prezident: "Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir"

Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verdiyini bildirib.   Sfera.az-ın xəbərinə görə, dövl...

Milli Şuranın mitinqlə bağlı müraciətinə CAVAB VERİLDİ - RƏSMİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.   Sfera.az-ın xəbərinə görə, BŞİH mitinq...