Orban Aİ rəhbərliyini TƏNQİD ETDİ: "Qurtulmağın vaxtıdır!"

Orban Aİ rəhbərliyini TƏNQİD ETDİ:

"Avropa Birliyinin hazırkı rəhbərliyi istefa verməlidir".

 

Sfera.az bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. O, qəbul edilən layihələrin uğursuzluğa düçar olduğunu qeyd edib.

 

“Uğursuz Brüssel bürokratlarından qurtulmağın vaxtıdır. Dəyişikliyə ehtiyacımız var", – Viktor Orban “X” səhifəsində yazıb.

 

Baş nazir Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin bəyanatını xatırladıb. O bildirib ki, Macarıstan gender və miqrasiya siyasətini dəyişdirənə qədər Aİ-dən gələcək pula bel bağlaya bilməz. Orban hesab edir ki, Avropa İttifaqının yaratdığı hüquq sistemi şantaj alətinə çevrilib.

 

Xatırladaq ki, bundan əvvəl Aİ yeni miqrasiya paktı qəbul etsə də, Orban ona qarşı çıxdı. O, “Belə bir addım Avropa İttifaqının tabutuna daha bir mismardır”, - bildirib.

 

Orban həmçinin, ölkəsini miqrantlardan və “Brüssel bürokratlarından” müdafiə edəcəyini söyləyib.

 

Qeyd edək ki, sözügedən pakta görə, bütün miqrantlar müəyyən edilmiş qaydalardan asılı olaraq Aİ ölkələrində yerləşdirilir. Birlik üzvlərinin iki variantı var: ya hər il müəyyən sayda miqrantı qəbul etmək, ya da onların başqa ölkələrdə məskunlaşması üçün birgə fonda töhfə vermək - təxminən 20 min avro...Macarıstan isə buna qəti şəkildə qarşı çıxır. Bildirilir ki, miqrantlar ilk növbədə öz ölkələrində bütün problemləri həll etməli, yalnız bundan sonra məskunlaşmalıdırlar.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...