II Qaregin dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət ediləcək? - AÇIQLAMA

II Qaregin dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət ediləcək? - AÇIQLAMA

“Hazırda erməni kilsəsi iftiralar yayır, revanşizmi təbliğ edir. Ümid edirəm ki, heç kim bu iftiralara uymayacaq. Erməni kilsəsi bu gün xarici havadarlarının sifarişi ilə işləyir. Əgər kilsə mövqeyini dəyişərsə, II Qaregini dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət edə bilərik".  Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə "Təzəpir" məscidində bayram namazı qılınandan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Maraqlıdır, Ermənistan dini lideri Bakıya gələ bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, erməni kilsəsi bu ölkənin daxili və xarici siyasətində mühüm rol oynaya bilir.

 

K.Novruzovun fikrincə, bu, xüsusilə dinin ictimai rəyə təsir edən ciddi güc olması ilə bağlıdır:


“Ermənistanda revanşist əhval-ruhiyyənin yenidən baş qaldırmasında kilsə mühüm təsir imkanına malikdir. Ümumiyyətlə, ll Qaregin zaman- zaman Ermənistanın Azərbaycana qarşı destrukriv mövqe sərgiləməsində əhəmiyyətli rol oynayır. Əgər Ermənistan hakimiyyəti, Azərbaycanla münasibətlərin normallaşmasında həqiqətən, səmimidirsə, onda dağıdıcı ünsürlərin, o cümlədən kilsənin proseslərə müdaxilə imkanının qarşısını almalıdır. Bu isə görünmür. Əksinə, kilsənin Ermənistan cəmiyyəti və hətta siyasətindəki rolu göstərir ki, hakimiyyət ll Qareginin fəaliyyətinə nəinki göz yumur, həm də, ola bilsin, şərait yaradır. Mümkündür ki, Baş nazir Nikol Paşinyan öz istəklərini kilsə vasitəsilə həyata keçirir”.

 

Ekspert bildirib ki, Ermənistandakı kilsənin mövqeyinin yaxın vaxtda dəyişəcəyi ağlabatan görünmür:


“Çünki bu, uzun illər ərzində formalaşmış stereotipdir. Amma Ermənistan dini liderinin Azərbaycanda təşkil olunacaq tədbirə dəvəti mümkündür. Bu, perspektivdə xalqlar arasında düşmənçilik ideyalarının aradan qalxmasına və münasibətlərin normallaşmasına töhfə verə bilər”.


Günay


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...