Türkiyə və Pakistan liderləri regional məsələləri müzakirə ETDİLƏR

18:00 / 09.04.2024
5835
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub, R.T.Ərdoğan Pakistan liderini Ramazan bayramı münasibətilə təbrik edib. Tərəflər, həmçinin ikitərəfli və regional məsələlər barədə danışıblar.
Türkiyə Prezidenti Ş.Şərifə son vaxtlar Pakistanda baş vermiş terror aktları ilə bağlı başsağlığı verib.