Türkiyədə erkən seçkilərlə bağlı ÇAĞIRIŞLAR: “Namizəd İmamoğludur, rəqibi isə…”

Türkiyədə erkən seçkilərlə bağlı ÇAĞIRIŞLAR: “Namizəd İmamoğludur, rəqibi isə…”

Türkiyədə növbədənkənar seçkilər məsələsi aktuallaşıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan və komandası mümkün qədər seçki olmamasına, Cumhuriyyət Xalq Partiyası (CHP) isə əksinə, daha tez seçki keçirilməsinə çalışacaq:

 

“Hazırda CHP-nin nüfuzu yüksəkdir, qalib partiyadır, ancaq 4 il kifayət qədər böyük vaxtdır. CHP bələdiyyələri qazanmaqla ölkə iqtisadiyyatının çox böyük hissəsinə nəzarət edəcək. İş olan yerdə təbii ki, uğursuzluqlar da mümkündür. Digər tərəfdən, AK Partiyanın əlində çox güclü admistrativ resurslar, media imkanları var. Bu baxımdan, CHP-li bələdiyyələrin bütün səhvləri qabardılacaq. Başqa bir məsələ partiya rəhbərliyi ilə bağlıdır. Özgür Özəl partiyaya yeni sədr seçilib. Ancaq növbəti seçkilərə 5 ilini tamamlamış lider kimi qatılacaq. Bu da bir qədər problemdir. Həmçinin CHP-nin prezidentliyə namizədi demək olar ki, artıq bəllidir - Əkrəm İmamoğlu. Onun əsas rəqibi də AK Partiyadan olacaq. Ancaq həmən şəxsin kimliyi bilinmir”.

 

Ekspert bildirib ki, Ərdoğan son ana qədər öz varisini gizli saxlayacaq:

 

“Bu, onu mühafizə etmək üçündür. Buna görə iqtidar mediası var gücü ilə İmamoğlunu vuracaq. CHP və İmamoğlu 2028-ci il seçkilərində də qalib gələ bilərlər. Ancaq məsələ ondadır ki, o zaman müəyyən risklər üzə çıxacaq. CHP mümkün qədər işini tamamlamağa çalışacaq. Onların qarşısında indi tək hədəf var - Ərdoğanı növbədənkənar seçkiyə məcbur edib hakimiyyəti götürmək”.

 

Qeyd edək ki, R.T.Ərdoğan 2023-cü ildə keçirilən prezident seçkilərində qalib gəlib. Ölkədə növbəti seçkilərin 2028-ci ildə keçirilməsi nəzərdə tutulur.

 

Günay


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...