Putinin son terror aktına cavabı necə olacaq? - "Terrorçuların bütün şəriklərini..."

Putinin son terror aktına cavabı necə olacaq? - 

Rusiyanın son terror aktına cavabı ölümcül olacaq.

 

Sfera.az bildirir ki, bu barədə Qərb mediası məlumat yayıb. Qeyd olunub ki, hücum edənlər tutularaq məhkəmədə cinayətlərini etiraf etsələr də, Rusiya Prezidenti Vladimir Putinin reaksiyasının necə olacağı hələ də qaranlıq qalır.

 

Rusiya lideri hücumdan sonra verdiyi açıqlamada "Terrorçuların bütün şəriklərini müəyyənləşdirib cəzalandıracağıq. Terrorçuları ancaq intiqam gözləyir. Onların gələcəyi yoxdur", - söyləyib.

 

Qərb mediası isə Putinin intiqamının şiddətli olacağını iddia edib. “The Guardian” qəzeti hücum edənlərin dərc olunan fotoşəkillərinə diqqət çəkərək, onların hamısının üzlərində döyülmə izlərinin olduğunu, şübhəlilərdən birinin isə əlil arabasında məhkəməyə gətirildiyini yazıb. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürsə də, qəzet, Putinin oxlarını Ukraynaya yönəltdiyini yazıb. Həmçinin nəşr bildirib ki, Rusiyadakı müsəlman azlıqları da təzyiqlərlə üzləşə bilər.

 

Avstraliya Milli Universitetinin dosenti Metyu Susseks “BBC News”a verdiyi açıqlamada 2002-ci ildə Moskva teatrı və 2004-cü ildə Beslan məktəbi mühasirəsindən sonra baş verənləri xatırladıb və Rusiyanın hücuma cavabının həddindən artıq ağır olacağını irəli sürüb.

 

“Bəlkə də hücumları kimin həyata keçirməsi o qədər də vacib deyil. Vacib olan Rusiya hökumətinin kimə cavab verəcəyidir”.

 

ABŞ mediası isə Moskvadakı hücumun Putinin lider imicinə zərbə vurduğunu qeyd edib. “The Washington Post” qəzeti bunları vurğulayıb:

 

“Hücumçuların avtomat silahlardan istifadə edərək, soyuqqanlılıqla konsert tamaşaçılarını öldürməsi və Rusiya paytaxtının ən məşhur əyləncə məkanlarından birinə od vurması ilə bağlı dəhşətli görüntülər Putinin Rusiyanı güclü və dözümlü göstərmək cəhdlərini puça çıxarıb”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bunu edən tibb işçiləri cərimələnəcək

Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan ...

Atasının hədiyyəsini götürmədi, məktubunu da CIRDI

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib.   Sfera.az xəbər verir ki, "Bir gün" verilişində qonaq olan sənətçi ...

Azərbaycan onu Türkmənistana təhvil verdi

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Sap...

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...