Zelenski bu gün Türkiyəyə SƏFƏR EDƏCƏK

Zelenski bu gün Türkiyəyə SƏFƏR EDƏCƏK

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Türkiyəyə səfər edəcək. 

 

Sfera.az xəbər verir ki, İstanbulda keçiriləcək danışıqların əsas gündəm bəndləri iki ölkə arasında strateji tərəfdaşlıq və üçüncü ildir ki, Ukraynada gedən müharibənin nəticələri olacaq.

 

Rabitə Rəyasət Heyətinin səfərlə bağlı verdiyi açıqlamada, səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı təmaslarda son vəziyyət müzakirə ediləcək.

 

Eyni zamanda, regionda daimi sülh axtarışları ətraflı müzakirə olunacaq. Bəyanatda həmçinin qeyd olunub ki, Prezident Ərdoğan və qonağı Zelenski arasında Ukrayna-Türkiyə münasibətləri müzakirə olunacaq.


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR