Ermənistan-Fransa yaxınlaşması bölgəyə nə vəd edir? - "Heç bir halda..."

Ermənistan-Fransa yaxınlaşması bölgəyə nə vəd edir? -

Fransanın Ermənistanda daimi hərbi məsləhətçisi olacaq. Bu barədə İrəvanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında deyib. S.Papikyan isə bildirib ki, Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır.

 

Ermənistan-Fransa yaxınlaşması bölgəyə nə vəd edir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Fransa ilə Ermənistan arasındakı əlaqələr və bunun intensivləşməsi heç bir halda xeyrə əlamət deyil:

 

“Əksinə bu, destruktiv tendensiyaların başlanğıcı kimi qiymətləndirilməlidir. Ötən günlərdə Ermənistan Baş Naziri Nikol Paşinyan Fransaya 2 günlük səfər etmişdi. Bunun ardınca dərhal ermənilər tərəfindən hərbi təxribat törədildi. İstisna etmirəm ki, bu təxribat məhz Paşinyanın Fransa səfəri ilə bağlıdır. Bunu birbaşa Fransa ilə əlaqələndirmirəm, Qərbin əli ilə törədildiyini də demirəm. Lakin ehtimal edirəm ki, bu, ya Parisin birbaşa iştirakçısı olduğu hadisədir, ya da arxa planda Rusiya var və hədəf Qərbdir”.

 

Müsahibimiz bildirib ki, hər iki halda, Paşinyanın Fransa ilə əlaqələri destruktivdir:

 

“Parisin İrəvandan öz maraqları üçün istifadə etdiyi, regionda gərginlik yaratdığı hər kəsə bəllidir. Digər tərəfdən, Fransa ilə Ermənistanın yaxınlaşması Rusiyanı narahat edir. Moskva buna mane olmaq üçün bölgədə gərginlik yaratmağa çalışır. Fransa Müdafiə nazirinin İrəvana səfəri də, hərbi məsləhətçi ilə bağlı məsələ də hər iki ölkə arasında əlaqələrin güclənməsindən xəbər verir. Fransa regionla bağlı çirkin siyasətini davam etdirir, burada möhkəmlənmək ambisiyalarından əl çəkmir. Buna görə Ermənistanı qurban verməyə hazırdır. Hərbi məsləhətçinin təyin olunması isə o deməkdir ki, bundan sonra Ermənistanın hərbi addımları həm də Fransadan idarə olunacaq. Rusiya bu cür radikal addımları bağışlamayacaq. Proseslər Ermənistanın Qərblə Rusiya arasında poliqona çevirilməsi şansını artırır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Makron: Paris Kiyevə silah tədarükünü davam etdirəcək

"Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin olunmasına kömək edəcək". Sfera.az xəbər v...

9 saat səmada qalan təyyarə qalxdığı hava limanına geri qayıtdı

Bu yaxınlarda “American Airlines” reysi ilə uçan sərnişinlər doqquz saat səmada qaldıqdan sonra təyyarənin qalxdığı hava limanına geri dönüblər. ...

Şagirdlərin zəhərləndiyi deyilən məktəbin valideynləri DANIŞDILAR - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alan iki şagirdin zəhərlənməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az bildirir ki, hadisənin məktə...

Quttereş: "Dünyada qlobal fəlakət gözlənilir"

Dünya qlobal iqlim fəlakəti ilə üz-üzədir.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki...

Qoşa Qalanın tək dərdi...- VİDEO

Həm yerli, həm də xarici turistlərin Bakıya gələrkən üz tutduğu məkanlardan biri də İçərişəhər Tarixi Memarlıq Qoruğudur.   Sfera.az-ın məlumatına gö...

Bayden Harrisə Trampı məğlub etmək üçün hansı tövsiyəni verdi?

ABŞ Prezidenti Co Bayden ABC News telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkədə qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “ö...