Azərbaycanda 23 fevral tarixi qeyd oluna bilərmi? - "Heç bir problem yoxdur" + Polkovnikdən AÇIQLAMA

Azərbaycanda 23 fevral tarixi qeyd oluna bilərmi? -

Azərbaycanda 23 fevral tarixinin “Kişilər günü” olaraq qeyd edilməsi istiqamətində müxtəlif fikirlər var. Kimi bunun əleyhinə olsa da, kimi ənənəni davam etdirməyin tərəfdarıdır.

 

Qeyd edək ki, SSRİ-də 23 fevral tarixi Sovet ordusunun yaranma günü və ya “Hərbi Dəniz Donanması Günü” kimi qeyd olunurdu. “Kişilər günü” kimi təqvimdə öz yerini tutan 23 fevralda müttəfiq respublikalarda yaşayan xanımlar öz ataları, qardaşları, həyat yoldaşlarını bayram münasibətilə təbrik edirdilər.

 

23 fevral tarixi “Kişilər günü” kimi qeyd oluna bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu, kütləvi savadsızlıqdan və məqsədyönlü formada Azərbaycanda başqa ölkənin ideoloji sistemini daşımaq istəyənlərin fəaliyyətindən irəli gələn məsələdir:

 

“Azərbaycan müstəqil dövlətdir və belə adlar altında hansısa tədbirlərin keçirilməsi məqsəduyğun deyil. Bu, birbaşa dövlətçiliyimizə və onun mahiyyətinə hörmətsizlikdir. Əgər kişilikdən danışırlarsa, “Kişilər günü” bizdə 26 iyun, yəni ordumuzun yarandığı gün qeyd edilə bilər. Onlar kişiliyi dırnaqarasında görən anlayışla hərəkət edirlər. Azərbaycan Ordusu mühümdür yoxsa hansısa bir imperiyanın yaratdığı ordu? Bu, olduqca xəstə bir təxəyyülün məhsuludur. Ona görə buna cəmiyyətin müəyyən dərəcədə sərt münasibət bildirməsi vacibdir”.

 

Digər müsahibimiz hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə bildirib ki, Sovet dövründə bu tarix hər il təntənəli formada keçirilirdi:

 

“23 fevral tarixi prinsipcə, o dövrə, Sovet İttifaqına aiddir. Orduda daha çox kişilər xidmət etdiyindən 8 mart Beynəlxalq Qadınlar günü kimi, həmin tarix də “Kişilər günü” olaraq qeyd olunurdu. Azərbaycanda 23 fevralı “Kişilər günü” olaraq görürlərsə, burada heç bir problem yoxdur. Düşünürəm ki, təbrik edənlər də həmin tarixə məhz bu cür yanaşırlar, nəinki, hər hansı Sovet ordusunun, yaxud Hərbi Dəniz Donanmasının yaradılması tarixi kimi... Bir-birini təbrik etmək üçün əsaslar, səbəblər olarsa, bir o qədər yaxşıdır. Sadəcə el arasında ənənə belə formalaşıb. 23 fevral deyil, başqa tarix də ola bilər, heç nə dəyişmir”.

 

Müsahibimiz bildirib ki, bəzi bayramlar, təbriklər insanlar arasında ənənəyə çevrilir:

 

“Düşünmürəm ki, Sovet ideologiyasının buna hansısa təsiri var. Bəlkə də gənclər, müasir nəsil də 23 fevralı “Kişilər günü” kimi qeyd etməyi lazım biliblər. Digər tərəfdən, bu tarixin kütləvi şəkildə qeyd edilmədiyini fikirləşirəm, yəni geniş hal deyil. Biz artıq müstəqil ölkədə yaşayırıq, qərarlarımız da müstəqildir. Xalqımız seçimlərində sərbəstdirlər. Nəinki, kişi, qadın – peşə günləri də qeyd olunur. Bu, müsbət tendensiyadır. Biz bir-birimizi təbrik etsək, xoş arzularımızı bildirsək, diqqət yetirsək, bir o qədər yaxşıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...