NATO-nun sabiq rəhbərindən Rusiya ilə bağlı AÇIQLAMA: “Qorxmaq lazım deyil” 

NATO-nun sabiq rəhbərindən Rusiya ilə bağlı AÇIQLAMA: “Qorxmaq lazım deyil” 

“Rusiyanın aktivlərinin müsadirə olunmasından qorxmaq lazım deyil”.

 

Sfera.az “Financial Times”a istinadən bildirir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

 

O qeyd edib ki, Rusiyanın dondurulmuş aktivləri Ukraynaya dəstək üçün istifadə olunmalıdır və G7 ölkələri mümkün kapital qaçışından narahat olmamalıdır.

 

“Əksinə, daha böyük problem Rusiyanın Ukraynada uğur qazanmasına şərait yaradan hərəkətsizlikdir. İki illik sanksiyalar Rusiya iqtisadiyyatının çökməsinə gətirib çıxarmayıb. Ona görə də məhdudiyyətlər davam etdirilməlidir”, - sabiq baş katib bildirib.

 

Ötən ilin oktyabrında Aİ liderləri Avropa Komissiyasına Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş aktivlərdən istifadəyə dair təkliflər hazırlamağı tapşırmışdılar. Digər tərəfdən, yaxınlarda Kiyevə 2027-ci ilə qədər 50 milyard avroluq makromaliyyə yardımı ayrılması ilə bağlı Aİ-də fikirlər haçalanıb. Bu fonda Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı müzakirələr yenidən başlayıb. Avropa Mərkəzi Bankı xəbərdarlıq edib ki, dondurulmuş Rusiya aktivlərindən Ukraynanı maliyyələşdirmək üçün istifadə, uzunmüddətli perspektivdə Avropa valyutası üçün reputasiya riskləri yarada bilər. Bunun əvəzinə o, Brüsseli Ukraynanı maliyyələşdirməyin başqa yollarını axtarmağa çağırıb.

 

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının rəhbərliyi indiyədək Rusiyanın aktivlərinin müsadirə edilməsi imkanını nəzərdən keçirmədiklərini bəyan edib. Bildirilib ki, hazırda bu vəsaitlərdən əldə olunan gəlirin istifadə variantı müzakirə olunur.

 

Günay


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...