AŞPA-da Azərbaycanın əleyhinə səs verən dövlətlərlə münasibətlər necədir? - ARAŞDIRMA

AŞPA-da Azərbaycanın əleyhinə səs verən dövlətlərlə münasibətlər necədir? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərar qəbul edib.Qətnamənin qəbul edilməsində 76 ölkə Azərbaycanın əleyhinə, 10-u lehinə səs verib, 4-ü isə bitərəf qalıb.Azərbaycan lehinə səs verənlər Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələridir. Bundan başqa, İsveçrənin iki, Norveçin, Bosniya və Herseqovinanın bir deputatı səsvermədə tərəfsiz qalıb. Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında isə Ermənistan, Almaniya, Fransa , İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya olub.


Sfera.az bildirir ki, bu ölkələr arasında Azərbaycanın iqtisadi, siyasi, təhsil və bir çox başqa sahələrdə əməkdaşlıq etdiyi, münasibətlərinin yaxşı olduğu dövlətlər də var. Bunlara Britaniya, İtaliya, Almaniya və İspaniyanı misal göstərə bilərik.

 


Bəs o dövlətlər Azərbaycanı niyə dəstəkləmədi?

 

Hökümətlərlə parlamentlərin mövqeyi üst-üstə düşməyə bilir. Parlamentdə müxtəlif partiyaların nümayəndələri təmsil olunurlar. Onlar da öz partiyalarının siyasi maraqlarına uyğun davranırlar. Bu, parlamentlərarası münasibətlərlə müqayisə olunmamalıdır.

Bunu qardaş Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputatının Azərbaycana qarşı mövqe tutması ilə də izah edə bilərik. Bu, Türkiyə Respublikasının Azərbaycan Respublikasına münasibəti kimi yox, HDP-nin öz maraqlarına uyğun tutduğu mövqe kimi qiymətləndirilir. 

 


Yüksək səviyyədə əməkdaşlığımız olan ölkələrə daha yaxından nəzər salaq:

 


Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Belə ki, Böyük Britaniya 31 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 11 mart 1992-ci ildə qurulub. 1994-cü ilin fevral ayında sabiq Prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanan vaxtdan Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru qismində çıxış edir.  14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Saziş imzalanıb. İki ölkənin xalqları, mədəniyyətləri arasında da möhkəm əlaqələr mövcuddur. İki ölkə hərbi sahədə əməkdaşlığın inkişafı üçün də səylər göstərir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 

 

Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. Hələ 1996-cı ildə ölkə başçıları Heydər Əliyev və Roman Hersoq arasında siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Prezident İlham Əliyevin 04–06 fevral 2010-cu il tarixdə Almaniyaya rəsmi səfəri zamanı Almaniyanın Kansleri Angela Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış Minsk qrupunun tərkibinə daxildir. Azərbaycan ilə Almaniya arasındakı mədəni əlaqələrin inkişafı isə 22 dekabr 1995-ci il tarixli mədəni əməkdaşlıq haqqında Sazişlə bağlıdır. Almaniya və Azərbaycan universitetləri və tədqiqat institutları arasında da əməkdaşlıq mövcuddur. Berlin Humbolt Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyət göstərir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

 


İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulub. Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İtaliya da Minsk qrupunun tərkibinə daxildir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında 30 sənəd imzalanıb. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" də Azərbaycan və İtaliyanın bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini bir daha təsdiqləyib. “İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. 

 

İspaniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Azərbaycanla İspaniya arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 11-də qurulub. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasındakı əməkdaşlıq bir çox sahələri əhatə edir. Hazırda İspaniya şirkətləri nəqliyyat və infrastruktur, logistika, İKT, kənd təsərrüfatı və qida, maliyyə, kimya və neft-kimya sektoru və turizm sektoru kimi sahələrin inkişafında iştirak edirlər. Eyni zamanda, Azərbaycan və İspaniya arasında idman sahəsində də əməkdaşlıq haqqında memorandum imzalanıb. İspaniya ilə Azərbaycan arasında fövqəladə hallar sahəsində əməkdaşlıq imkanları yüksək qiymətləndirilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bakıda və bu rayonlarda külək güclənəcək - SARI XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bütün sosial ödənişlər bu tarixdə veriləcək - RƏSMİ

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

"Avtobus və metroda gedişhaqqı çevik və diferensial olmalıdır" - İqtisadçı

“Azərbaycanda, nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Azərbaycan Dəmir Yolları bilet ...

“Biz bütün planlarımızı reallaşdıracağıq” – VİDEO

“Ölkə başçısı İlham Əliyevin dünən parlamentdə söylədiyi fikirlər Azərbaycan ana siyasətinin əsas məğzidir. Ölkə başçısı parlamentarilərin daha fəal olmas...

Qadın iş başında qəfil ÖLDÜ

Siyəzən rayonunda qadın iş yerində vəfat edib.   Sfera.az  xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Siyəzən şəhərinin ərazisin...

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərildi

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib.   Sfera.az xəbər ...