Euronyus Azərbaycanın önəmindən yazdı

Euronyus Azərbaycanın önəmindən yazdı

Müharibədən əvvəl Rusiya Avropanın ən böyük təbii qaz tədarükçüsü idi və son illərdə idxalın təxminən 40%-ni təşkil edirdi. Qazın əhəmiyyətli hissəsi boru kəmərləri ilə gedirdi.


Ukraynanın işğalından sonra Rusiya Avropaya boru kəməri ilə qaz nəqlini kəskin şəkildə azaldıb. Ümumiyyətlə isə, 2022-ci ilin mayında Yamal-Avropa qaz kəməri ilə tədarük tamamilə dayandırıldı. Eyni zamanda, Rusiya Şimal axını ilə ixracı azaldır.


2022-ci ilin sonunda Rusiya qazının Avropaya ixracı əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb. Boru kəməri qazının tədarükünün kəskin azalması ona gətirib çıxarıb ki, Aİ ölkələri onu faktiki olaraq kömürlə əvəz edir.
 

Qaz müharibəsinin əks-sədası. Rusiya Avropaya qaz tədarükünü rekord həddə qədər azaldacaq
 

Beynəlxalq ictimaiyyət hər şeyin düzgün olmadığı barədə kifayət qədər xəbərdarlıq etməli idi. Rusiyanın 2022-ci ildəki işğalı son on ildən az müddətdə Ukraynaya ikinci hücumu oldu.
 

Müharibədən sonrakı dövrdə Rusiya təbii ki, əmtəə vasitəsilə öz iqtisadi statusunu bərpa etməyə çalışacaq. Kreml Avrasiya quru hissəsinin mərkəzində mövqeyinin onu XXI əsrin geoiqtisadiyyatının mərkəzinə çevirəcəyinə inanır.
 

Hazırda hidrogen istehsal xərclərinə görə ənənəvi enerji mənbələri ilə rəqabət apara bilmir, lakin yaxın 15-30 il ərzində mütəxəssislərin fikrincə, hidrogen qaçılmaz olaraq bütün hamısını əvəz edəcək.
 

Hidrogenin enerji daşıyıcısı kimi istifadəsinin yaradılması cəhdləri uzun müddətdir ki, davam edir. Amma indi, Aİ karbon emissiyalarını 2050-ci ilə qədər sıfıra endirməyə çalışarkən, hidrogen enerjisi daha bir intibah dövrünü yaşayır.
 

Avropa Komissiyasının strategiyasına əsasən, 2030-cu ilə qədər hidrogen yanacağı Aİ enerji sisteminin ayrılmaz hissəsinə çevrilməlidir. Növbəti dörd ildə Aİ 1 milyon tona qədər hidrogen istehsalına imkan verəcək elektroliz zavodlarının tikintisini təmin etməlidir. Gələcəkdə hidrogenin ağır sənaye sektorlarında istifadə edilməsi planlaşdırılır. Eyni zamanda, Aİ təbii qazdan ən azı 2030-cu ilə qədər istifadənin zəruriliyini qəbul edir.
 

Öz növbəsində, qaz nəqli və saxlama infrastrukturuna malik 11 iri Avropa şirkəti hidrogen üçün öz planlarını təqdim edib ki, bu plana əsasən, 2040-cı ilə qədər hidrogen boru kəmərlərinin uzunluğu 23 min km-ə çatacaq. Bu kəmərlərin 75%-i çevrilmiş qaz borularından ibarət olacaqdır. Xüsusilə, Rusiyadan qaz tədarükü üçün Baltik marşrutlarının davamı olan boru kəmərinin hidrogenə çevrilməsi planlaşdırılır


2030-cu ilə qədər bazarın beşdə birini əldə etmək məqsədi ilə Rusiya eyni zamanda döyüş tankları və hidrogen çənlərinin istehsalını artırır.
 

Almaniya Fransa, İspaniya və Portuqaliya ilə yaşıl hidrogen boru kəməri tərəfdaşlığına qoşulur.
 

Keçən həftə Brüssel ilk dəfə yaşıl hidrogen auksionunu keçirib. Beləliklə, idxal yeganə etibarlı həll yolu olaraq qalır. Ancaq sual yaranır.
 

Azərbaycan alternativ təklif edə bilərmi?
 

Bu ilin əvvəlində BƏƏ enerji şirkəti ilə Azərbaycanın milli neft şirkəti (SOCAR) arasında mühüm enerji sazişi imzalanıb.


Hər iki dövlət tanınmış neft və qaz istehsalçılarıdır, lakin, sövdələşmənin yalnız dəniz küləyi və yaşıl hidrogenə yönəlik olması bu sazişin qeyri-adi tərəfidir.
Günəş və külək layihələri daxil edildikdə, layihə 4 giqavat enerji istehsal edəcək. Külək həm təmiz, həm də davamlıdır. Yaşıl hidrogen layihələri üçün prioritet olmalıdır.

 

Qara dəniz üzərindən sualtı keçid Azərbaycan elektrik enerjisini Gürcüstan, Rumıniya və Macarıstana göndərəcək. Yaşıl hidrogenin ixracı üçün Azərbaycanı Avropa ilə birləşdirən geniş boru kəməri şəbəkəsi artıq mövcuddur.
 

Azərbaycan artıq təbii qaz baxımından özünü Avropa üçün etibarlı tərəfdaş kimi sübut edib, ona görə də Avropanın enerji şaxələndirilməsi və yaşıl hidrogen ehtiyacları üçün təbii tərəfdaş kimi məna kəsb edir.
 

Azərbaycan həm də artıq təbii qazın tədarükçüsüdür və bu təcrübə sayəsində Aİ-də bazarlar tapmaq üçün sürətlə irəliləyib.


BƏƏ isə neftlə zəngin ölkələr arasında özünü lider kimi göstərməyə çalışır.
 

Yeni yanaşma bəşəriyyətin uçurumdan dönməsinə kömək edə bilər.


Ölkələrin yaşıl hidrogeni qlobal gündəmə gətirməsi diqqətəlayiqdir. COP28 ölkələrinin prezidentliyə namizədi Sultan Əl Cabir 2030-cu ilə qədər yaşıl hidrogen istehsalını iki dəfə artırmaq üçün qlobal planını da açıqlayıb. Avropa sonradan daha yüksək xərclərdən qaçmaq üçün indi hərəkətə keçməlidir.
Tendensiyalar belə davam edərsə, neftin geosiyasi əhəmiyyətinin getdikcə azalacağını başa düşmək üçün neft iqtisadçısı olmaq lazım deyil.


19-cu əsr iqtisadiyyatının böyük hissəsi balina yağına arxalanırdı. Bu tendensiya şükürlər olsun ki, sonuncu balinanın nəsli kəsilməsi ilə bitmədi.
 

(Cozef Hammond- Cozef Hammond Afrika, Avrasiya və Yaxın Şərqdən geniş reportajlar hazırlayan jurnalist, həmçinin keçmiş Fulbrayt İctimai Siyasət Təqaüdçüsüdür).

 

Tərcümə etdi: Aysel


OXŞAR XƏBƏRLƏR