Prezident Armida Salsiya Alişahbananı qəbul etdi - YENİLƏNİB

Prezident Armida Salsiya Alişahbananı qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.

 

"Report" xəbər verir ki, Armida Salsiya Alişahbanan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq, bu münasibətlə ev sahibi və sədr qismində Azərbaycan Respublikasına təbriklərinə çatdırıb.

 

Dövlətimizin başçısı bildirib ki, ölkəmiz 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və Azərbaycanın bu təsisatın əksər üzv dövlətləri ilə yüksək səviyyədə siyasi münasibətləri var.

 

Xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün UNESCAP-ın vacib platforma olduğunu bildirən Prezident İlham Əliyev UNESCAP və SPECA regionları arasında gələcək əməkdaşlıq imkanlarının da mümkünlüyünə toxundu, nəqliyyat sahəsində işbirliyini xüsusilə qeyd edib.

 

Dövlətimizin başçısı region ölkələri ilə birlikdə, xüsusən də Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf konsepsiyası haqqında məlumat verib, nəqliyyat daşımalarının rəqəmsallaşdırılması, vahid tarif və standartların tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb.

 

Söhbət zamanı ölkəmizin UNESCAP çərçivəsində Trans-Asiya dəmir yolu Sazişi şəbəkəsi, Asiya quru limanları üzrə hökumətlərarası Saziş və digər hökumətlərarası sazişlərdə iştirakı məsələsi qeyd edilib.

 

Görüşdə ölkəmizlə UNESCAP arasında əlaqələrin genişləndirilməsi və bu təsisatın müvafiq iclaslarının Azərbaycanda keçirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

 

17:00



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...