Prezident İƏT-in Baş katibini qəbul etdi - YENİLƏNDİ

Prezident İƏT-in Baş katibini qəbul etdi - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

 

Sfera.az xəbər verir ki, dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) tədbirində iştirakının önəmini qeyd edərək, Hissein Brahim Taha ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırladı.

 

Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirdi. İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd etdi.

 

Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini, o cümlədən quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı.

 

Azərbaycanın eyni zamanda Qoşulmama Hərəkatına dördillik uğurlu sədrlik etdiyini deyən dövlətimizin başçısı ölkəmizin sədrliyi dövründə təsisat çərçivəsində aparılan fəaliyyətlər barədə də məlumat verdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu günlərdə Bakıda dekolonizasiya mövzusuna həsr olunmuş mötəbər tədbirlərin keçirildiyini, ölkəmizin bu prosesə öz dəstəyini verdiyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də tarixən müstəmləkəçilikdən əziyyət çəkdiklərini, bu mövzunun təşkilatın gündəliyində saxlanmasının vacibliyini vurğuladı.

 

Xoş sözlərə görə minnətdarlığnı bildirən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi, eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar təbriklərini çatdırdı.

 

Baş katib İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin dəstəklənməsini, Azərbaycanın könüllü maliyyə ianələrini çox yüksək qiymətləndirdi, bunun təşkilat üçün vacib olduğunu qeyd etdi. Hissein Brahim Taha qəbula, İslam Əməkdaşlıq Təşkilatının tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsinə və ölkəmizin maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi.

 

Görüşdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin, o cümlədən Təşkilata üzv ölkələrin əmək nazirlərinin V konfransının və Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılmasının əhəmiyyəti qeyd olundu.

 

***

17:35

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...