Ağ bayraq qaldırıb təslim olan separatçılar bağışlanacaq? - MÜHÜM AÇIQLAMA

Ağ bayraq qaldırıb təslim olan separatçılar bağışlanacaq? - MÜHÜM AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycan 19 sentyabr tarixində Qarabağ bölgəsində lokal antiterror əməliyyatına başladı. Sentyabrın 20-si isə separatçılar ağ bayraq qaldırdılar və təslim olmağa razı olduqlarını bildirdilər. Bu gün isə rəsmi Bakının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək. Erməni mənbələr rəsmi Bakının şərtlərindən birinin separatçıların keçmiş “rəhbərləri”nin, I və II Qarabağ müharibəsində ordumuza və mülki əhaliyə qarşı qəddarlıq etmiş şəxslərin təhvil verilməsi olduğunu yazır.

 

Bəs bu şərt yerinə yetiriləcəkmi? Separatçılar bağışlanılacaqmı, yoxsa cinayət məsuliyyətinə cəlb olunacaqlar?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, separatçıların təslim olması cinayətkarların bağışlanması demək deyil. Bu şəxslər Azərbaycan qanunları qarşısında cavab verməlidirlər:

 

“Son antiterror əməliyyatı sepratizmin məhvinin ilkin mərhələsidir. Onların artıq ata biləcəyi addım yoxdur.  Bu proses tədricən Xankəndi, Xocalı və Xocavənddə Azərbaycan hakimiyyətinin bərpasının başlanğıcıdır. Azərbaycan qanunlarına əsasən, cinayətkarlar cəzasız qalmamalıdır, cəzalarını çəkməlidirlər. Bu cinayətkarlar I və II Qarabağ müharibəsinin iştirakçıları, separatçı rejiminin nümayəndələridir. Meşəli qətliamının təşkilatçılarından birinin Laçın postunda həbs edilməsindən sonra bu şəxslər Qarabağdan çıxa bilmədilər, qorxdular.  Ancaq onlar artıq əllərini-qollarını sallayıb gəzə bilməyəcəklər. Onlar illər ərzində suverenliyimizə qarşı təhdid yaradıblar. Bu məsələdə beynəlxalq hüquq da bizim tərəfimizdədir. 

 

Bu proses bir az zaman ala bilər. Təbii ki, Azərbaycan erməni əhalisinə seçim şansı da verəcəkdir. Onlar burada Azərbaycan Respublikasının Konstitusiyası qanunları çərçivəsində yaşaya da bilər. Bəziləri Rusiya sülhməramlılarının köməyi ilə hansısa yolla qaça da bilərlər. Bu da istisna hal deyil. Hər bir halda orada qalan ermənilər olacaq. Onlar mütləq şəkildə cinayət məsuliyyətinə cəlb ediləcəklər və cəzalarını çəkəcəklər. Bunun başqa bir alternativi olmamalıdır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...