XİN Qarabağdakı separatçılarla bağlı BƏYANAT YAYDI

XİN Qarabağdakı separatçılarla bağlı BƏYANAT YAYDI

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb.

 

XİN-dən Sfera.az-a daxil olan məlumata görə, bəyanatda deyilir:

 

"Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar.

 

Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

 

Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan ordusunun bölmələri tərəfindən təsbit edilib.

 

Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

 

Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

 

Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur.

 

Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir.

 

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

 

Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır".


OXŞAR XƏBƏRLƏR

“Bayraktar”ın "TB3" modeli hazırlanır – Yeni PUA digərindən nə ilə fərqlənəcək?

“Baykar” şirkətinin direktorlar şurasının sədri Selçuk Bayraktar “Bayraktar TB”nin yeni modelinin hazırlandığı haqqında açıqlama verib.&...

Naxçıvan görüşü: bölgəmizin gələcəyinə strateji baxış - ŞƏRH

Qarabağ ərazisində keçirilmiş antiterror tədbirlərindən az sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüşü bütün dünyada maraqla izlənildi. Naxçıvanda səslə...

Bir həftə əvvəl şəhid olan Səbuhinin əkiz qızları dünyaya gəldi - FOTO

Antiterror əməliyyatı zamanı şəhid olan Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib.   Sfera.az xəbər verir ki, bununla onun özündən sonra 4 övladı ya...

Gözümüzü “kor edən” vərdişlər – Oftalmoloqdan “bunları etməyin” məsləhəti

Uzanıqlı vəziyyətdə oxumaq və işləmək vərdişi görmə qabiliyyətinə mənfi təsir edir.   Sfera.az xəbər verir ki, bu barədə oftalmoloq, mikrocərrah, tib...

Prezidentlə xanımı Bakıda inşası davam etdirilən Zəfər parkında - FOTOLAR

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. &n...

“Sevastopola hücumda bu dövlətlərin əli var, zərrə qədər də şübhə etmirik” – Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sentyabrın 22-də Sevastopola edilən hücuma görə Qərbi ittiham edib.   Sfera.az bildirir ki, ...