Avropa Parlamentindən Azərbaycana qarşı  QƏRƏZLİ ADDIM: “Sabaha kimi vaxtları var”

Avropa Parlamentindən Azərbaycana qarşı  QƏRƏZLİ ADDIM: “Sabaha kimi vaxtları var”

Avropa Parlamentinə “Dağlıq Qarabağın blokadasının humanitar nəticələrinə dair” qətnamə təqdim edilib. Sənəd dünən müzakirə olunub, səsvermə isə bu gün keçiriləcək.

 

Qətnamənin müəllifləri Avropa Parlamentinin deputatları – Viola fon Kramon-Taubadel, Mişel Rivazi, Sara Viner, İqnazio Korrao, Hanna Neuman, Ana Miranda, Roza D'Amato, Fransisko Qerreyro, Jordi Sole, Marketa Qreqorova, Tineke Strikdir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyib ki,  Avroparlamentin ermənipərəst nümayəndələri dünənki addımları ilə Avropa İttifaqı-Azərbaycan münasibətlərinə xələl gətirmək niyyətilərini nümayiş etdiriblər. Müsahibimiz qeyd edib ki, layihənin əleyhinə səs vermələri üçün onların sabaha kimi vaxtları var:

 

“Dünən Avroparlament tərəfindən Laçında baş verənlərlə bağlı ölkəmizi günahlandıran layihə ilə çıxış etmələri, Azərbaycandan dəhlizi açmaq istənilməsi və Bakını Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının qorunmasına çağırması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması kimi tələblərin layihəyə salınması  qərəzli və birtərəfli münasibətin bariz nümunəsidir. Bunların bizim üçün heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur. Lakin bununla Fransa və Ermənistan Aİ-nın prezidenti Şarl Mişelin son bir ildə effektiv vasitəçi kimi nailiyyətlərinin üstündən xətt çəkmiş olur.

 

Görünən odur ki, Şarl Mişel və Fon Layen kimi fiqurlara qarşı erməni diasporası, Fransa hökuməti tərəfindən təzyiq mexanizmi məhz Avroparlament, Avropa Komissiyası səviyyəsində işə salınıb və bu cür avantürist çıxışlar davamlı olacaq”.

 

Ekspert qeyd edib ki, Avroparlamentin dünən hazırladığı layihə mətni qəbul edilərsə, Azərbaycan-Aİ arasında yeni sazişin imzalanma tarixi ertələnə bilər:

 

“Bu gün Avroparlamentin bir çox üzvü  erməni diasporası tərəfindən maliyələşdirilirlər. Ötən ilin sonunda Avroparlamentdə bəzi ölkələrlə bağlı araşdırılmaların da başlanılması buna sübutdur. Ancaq digər ölkələrin rüşvət məsələsində adları çəkilsə də, erməni milyonçuları ilə bağlı susqunluq nümayiş etdirilir”.

 

Xatırladaq ki, Avropa Parlamentinin qətnaməsi məcburi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kallasdan Ermənistana: "Tərəfdaşlığımızı dərinləşdirmək istəyinizi alqışlayırıq"

“Siyasi birlik İrəvanın tərəfdaşlığı dərinləşdirmək niyyətini alqışlayır”.    Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəb...

Dostluq körpüsü uçdu: 18 nəfər itkin düşdü

Çin və Nepalı birləşdirən körpü daşqın nəticəsində uçub.   Sfera.az xəbər verir ki, hadisə zamanı 18 nəfər itkin düşüb.   İtkin düşmüş şəx...

Sertifikasiya ilə işdən çıxarılanlar hansı fənlərin müəllimləridir? - AÇIQLAMA

Müəllimlərin təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 3338 nəfər iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq növbəti mərhələ olan müsahib...

Yayın ən şanslı 3 bürcü BUNLARDIR

2025-ci ilin yay fəslində ulduzlar bəzi bürclərə xüsusi şans vəd edir.    Sfera.az xəbər verir ki, astroloqların proqnozlarına görə, bu ilin iyu...

Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Region...

Hərbi prokuror sərhədçilərlə birlikdə

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə polkovniki Bəhruz Əhmədov Dövlət Sərhəd Xidmətinin Naxçıv...