Baş nazir pensiyalarla bağlı QƏRAR İMZALADI

Baş nazir pensiyalarla bağlı QƏRAR İMZALADI

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında dəyişiklik edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

 

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin tələb olunan şərtlər daxilində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var.

 

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib.

 

Əmək bazarında baş verən dəyişikliklər nəticəsində bir sıra vəzifə və peşələrin öz aktuallığını itirməsi, eləcə də bir sıra yenilərinin meydana çıxması Qərarla təsdiq edilmiş Siyahıya yenidən baxılmasına zərurət yaranıb. Sözügedən Siyahıdakı vəzifələrin bir sıra müəssisələrdə mövcud vəzifələrə aid işin xarakterik xüsusiyyəti baxımından eyni, lakin adlandırılma baxımından fərqli olması, nəticədə müəyyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilməmələrinə səbəb olur.

 

Qərara əsasən, Siyahıya əlavə edilməsi təklif edilən 59 vəzifə və peşə üzrə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranacaqdır və attestasiya protokollarının yekunlarına əsasən həmin vəzifə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunur.

 

 


OXŞAR XƏBƏRLƏR

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...

ADAU-da elmi-nəzəri konfrans keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Ordumuz Qürurumuzdur” mövzusunda elmi-nəzəri konf...

SEPAH təsdiqlədi: Əli Şadmani öldü

İsrailin hücumları zamanı yaralanan İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya” qərargahının rəisi, general Əli Şadmaninin öldüyü təsdiqlənib. &nb...

Meksikada atışma nəticəsində azı 10 nəfər həlak olub

Meksikanın İrapuato şəhərində (Quanaxuato ştatı) yaşayış binasında baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.   ...