Baş nazir QƏRAR İMZALADI

Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsinə görə ödənilən xidmət haqları”nı təsdiq edib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, xidmət haqları ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarında mövcud olan tədqiqat infrastrukturlarının avadanlıqlarından istifadəyə görə 250-ə yaxın xidmət növünü əhatə edəcək.

 

"Xidmət haqlarının təsdiq edilən normaları sınaqların həcmi, onların aparılması üçün iqtisadi cəhətdən əsaslandırılmış əməyin qiymətləndirilməsi, sərfiyyat materialları, əsas vəsaitlərin amortizasiyası, rabitə, nəqiyyat, kommunal və ezamiyyət xərcləri nəzərə alınmaqla hesablanıb. Xidmət haqlarının vahid qaydada formalaşdırılmasına dair normativ hüquqi sənədin qəbul edilməsi elmi-tədqiqat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatların, alim və tədqiqatçıların tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinə zəmin yaradacaq", - deyə Nazirlər Kabineti bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...