Ukraynadakı səfirliyimizdən Misir Qasımlı ilə bağlı AÇIQLAMA

Ukraynadakı səfirliyimizdən Misir Qasımlı ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Misir Qasımlı və Sübhan Quliyevin məhkəmə işi və həbsi məsələsi ilə bağlı açıqlama yayıb.

 

Səfirlikdən Sfera.az-a verilən xəbərdə bildirilir ki, 6 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev Ukraynanın Kiyev vilayəti Obuxov rayon məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunublar.

 

Bildirilib ki, Böyük Britaniya vətəndaşının şikayəti əsasında Ukrayna Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə cinayət işində təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev 2021-ci ilin 9 iyun tarixindən saxlanılıb.

 

“Misir Qasımlının ailə üzvləri səfirliyə məlumat verdikdən sonra, səfirlik məsələ üzrə zəruri tədbirlər həyata keçirib. Misir Qasımlının ailə üzvləri və şəxsən özü ilə telefon əlaqəsi saxlanılıb, vəkili və qohumları ilə dəfələrlə görüş təşkil olunub.

 

İttihamların erməni əsilli şəxslərin sifarişi əsasında olduğu, istintaq zamanı və məhkəmə prosesində bir sıra qərəzli məqamların, eləcə də hüquq pozuntularının mövcudluğu barədə səslənən fikirlərə aydınlıq gətirilməsi məqsədilə səfirlik tərəfindən müvafiq iş aparılıb. Bu məlumatlardan narahatlığın əks olunduğu müraciətlər səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə ünvanlanıb. Ümumilikdə, məsələ üzrə Ukrayna XİN-ə 10 nota, digər qurumlara çoxsaylı məktublar göndərilib, proses səfirliyin diqqət mərkəzində saxlanılıb. Səfirlik məsələ barədə məlumat aldıqdan sonra bütün iclaslarda (səfirliyə məlumat verilmədiyi üçün bir apelyasiya iclası istisna olmaqla) iştirak edib.

 

Hazırda, müdafiə olunan tərəf məhkəmə qərarı ilə bağlı müvafiq apelyasiya şikayətinin verilməsi istiqamətində iş aparır.

 

Səfirlik, məhkəmənin işinə və hüquqi prosedurlara müdaxilə olmadan prosesin ədalətli şəkildə həyata keçirilməsi məqsədilə, qanun çərçivəsində bütün mümkün zəruri tədbirlər görməkdə davam edir”, - qeyd olunub.

 


OXŞAR XƏBƏRLƏR

Tramp tapşırıq verdi:"İran rəsmiləri ilə görüşülsün!"

ABŞ Prezidenti Donald Tramp öz komandasına İran rəsmiləri ilə mümkün qədər tez görüş təşkil etməyi tapşırıb.   Sfera.az xəbər verir ki, bununla bağlı...

Hitlerin vegeteriana çevrilməsinə səbəb olan sevgilisinin müəmmalı ölümü - FOTO

Hitlerin həyatı qəribəliklərlə dolu idi. Onun bacısı qızı ilə qadağan olunmuş eşq macərası buna bir misaldır.   Geli Raubal 1931-ci ildə faciəli şəki...

20 dəqiqə havada asılı qalan pilotun HEKAYƏSİ

Bu gün hava səyahətləri adi hala gəlsə də, insanlar bəzi ölümcül qəzalarla da qarşılaşa bilərlər. Pilot Timoti Lankaster Oksfordşirdə heyrətləndirici təyyarə qə...

ABŞ Prezidenti: Hər kəs dərhal Tehranı tərk etməlidir

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, hamı İranın paytaxtını dərhal tərk etməlidir.   Sfera.az xəbər verir ki, o, bu barədə “Tr...

10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB

Dəniz mövsümü başlayar-başlamaz çimərliklərdə xəsarət alanların sayı artıb.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, 10 gün ərzində...

Sözlə yox, əməllə danışacağam - Hidayət Heydərov

Tatamiyə 11 aydan sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydə...