“Ermənilər üçün “siyasi qoruq” yaratmağa çalışırlar...” – Tofiq Zülfüqarov

“Ermənilər üçün “siyasi qoruq” yaratmağa çalışırlar...” – Tofiq Zülfüqarov

Ötən gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edilib. Eyni zamanda qətnamədə Fransanın Ermənistana hərbi yardım etməsinin vacibliyi ilə bağlı bənd də yer almaqdadır.

Bu bəndin isə Azərbaycan-Ermənistan arasında hərbi gərginlik yaradacağı, revanşist qüvvələrin fəaliyyətini canlandıracağı illə bağlı əndişələr var.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Fransanın qəbul etdiyi qətnamədə “Rusiya izi”nin olduğunu deyib:

 

“Fransanın məqsədi Azərbaycan və Ermənistan arasında çaxnaşma yaradaraq bölgədə öz nüfuzunu gücləndirməkdir. Əminəm ki, bu məsələdə Rusiya ilə hansısa razılaşma var. Çünki burada Rusiya və Fransanın maraqları üst-üstə düşür. Məqsəd ondan ibarətdir ki, ermənilər üçün “siyasi qoruq” yaradılsın və sonra bu “qoruq” vasitəsilə Azərbaycana təsir etmək mümkün olsun. Bunun üçün siyasi qurumları hədələmək, Rusiya sülhməramlıları və Avropa İttifaqı müşahidəçilərindən ibarət hansısa missiyanı formalaşdırmaq lazımdır. Eyni zamanda onlar bununla BMT-nin qətnaməsini əldə etmək, Azərbaycanın suverenliyini qismən məhdudlaşdırmaq niyyətindədirlər.

 

Qətnaməni diqqətlə oxusaq, görəcəyik ki, orada bütün planı həyata keçirmək üçün elementlər mövcuddur. İndiki mərhələdə Fransa açıq şəkildə nə istədiyini göstərib. Burada yenilik ondan ibarətdir ki, Rusiya da kordinasiyalı şəkildə fəaliyyət göstərəcək. İki il bundan qabaq Rusiyanın partnyoru Türkiyə olsa da, indi onu Fransa ilə dəyişdirmək istəyirlər”.

 

Diplomat Azərbaycan tərəfinin bir sıra istiqamətlərdə mövqe dəyişikliyi edəcəyini də diqqətə çatdırıb:

 

“Azərbaycan daim Fransanın vasitəçi olduğunu və bu ölkənin obyektiv davranmalı olduğunu deyib. Artıq hiss olunur ki, Fransa vasitəçilik funksiyasını bitirməyə hazırdır. Yəni Fransa Azərbaycana qarşı daha sərbəst şəkildə fəaliyyət göstərmək istəyindədir. Lakin daha Azərbaycanın da mövqeyi fərqlidir. Artıq Azərbaycan Fransanın vasitəçilik funksiyasından, Avropa İttifaqının bəzi təşəbbüslərindən imtina etmək məcburriyətindədir. Bu baxımdan vəziyyət bir qədər mürəkkəbdir.

 

Buna rəğmən, Türkiyənin bölgədə nüfuzu artmaqdadır və Rusiyanın Ukrayna məsəsləsində Türkiyədən asılılığı var. Hesab edirəm ki, lazımi diplomatik addımlar atılacaq və düşmənlər tərəfindən planlaşdırılan işlərə cavab veriləcək”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Çimnaz Sultanova səhv əməliyyat edilib - İDDİA

Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın qohumu onun Bakı Sağlamlıq Mərkəzində bağırsağından səhv əməliyyat olunduğunu iddia edir.   sFERA.AZ&...

Sabah hava necə olacaq? - PROQNOZ

Yanvarın 17-ə gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarıma...

Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? - AÇIQLAMA

“Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir”. Bunu ...

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.   Sfera.az Tacikistan mətbuatına ...

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbayc...

Kərim Vəliyev NATO-nun iclasında iştirak etdi - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin B...