\"Lukaşenko Paşinyana açıqca bunu məsləhət gördü\" - ŞƏRH

\

Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan-Ermənistan arasındakı gərginlik müzakirə edildi. Bir neçə baxımdan diqqətçəkən sessiya xüsusilə, Ermənistan Baş naziri Nikol Paşinyanın ənənəsinə sadiq qalaraq Azərbaycanı KTMT-yə şikayət etməsi və Belarus Prezidenti Aleksandr Lukaşenkonun Paşinyanı tənqid etməsi ilə yadda qaldı.

 

Paşinyanın şikayəti

 

Sessiyada çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan çıxışı zamanı Azərbaycanı ittiham edərək KTMT qarşısında şərt qoyub:

 

Birincisi, Paşinyan Azərbaycan ordusunun sərhədlərə geri çəkilməsinə vadar edilməsi ilə bağlı yol xəritəsinin qəbul edilməsini istəyib.

 

İkincisi, Nikol KTMT-dən Azərbaycan ordusunun, guya, Ermənistan ərazisinə girməsinə görə, bəyanat verilməsini istəyib.

 

Lukaşenkonun cavabı

 

Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin növbədənkənar sessiyasında Azərbaycan-Ermənistan arasındakı gərginlikdən danışarkən faktiki olaraq Nikol Paşinyanı da tənqid edib:

 

“Siz tələb etdiniz ki, öz mövqeyimizlə bağlı qərar verək. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. İkinci qaldırdığınız sual: Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün mənə yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edin, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq”- Lukaşenko deyib.

 

Lukaşenko faktiki olaraq Ermənistan baş nazirinə Azərbaycanla problemləri KTMT-də deyil, Azərbaycan Prezidenti ilə həll etməyi məsləhət görüb. Ermənistan hesab edirdi ki, sessiyada quruma üzv olan ölkələrin Azərbaycana qarşı mövqeyini formalaşdıra və müvafiq bəyanatın verilməsinə nail ola bilər. Amma Azərbaycanın quruma üzv ölkələrlə yaxın münasibətləri bu niyyətin reallaşmasına imkan vermədi. Azərbaycanın fəal diplomatiyası KTMT-nin Ermənistana dəstəyini hər zaman bloklayıb. Bunu Lukaşenkonun ”Azərbaycan KTMT-də heç kimə düşmən deyil. Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına hansısa düşmən və ya rəqibdir? Yox!. Ona görə də, bir tərəfdə KTMT-də “Bizimləsiniz, ya yox?” sualını qaldırmaq, digər tərəfdə isə Azərbaycanı qoymaq olmaz” sözləri də təsdiqləyir. Ermənistan nə qədər KTMT üzvü olsa da, faktiki olaraq təşkilata üzv olan ölkələr nəzdində Azərbaycan qədər öndəmli deyil. Rəsmi Bakının Ermənistan xaric təşkilatın bütün üzvləri ilə ikili və təşkilatlar daxilində sıx əlaqələri var. Məhz bu əlaqlərə görə, rəsmi İrəvan bu günə qədər münaqişəyə KTMT-ni cəlb edə bilməyib.

 

Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...