Krım körpüsünün parladılma ssenarisini kim yazıb? - “Putinin özünün...”

“İstənilən törədilmiş hadisənin bu və ya digər formada kimlərsə tərəfindən həyata keçirilməsi ehtimal oluna bilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Ukraynada yaşayan hərbi analitik Fəhmin Hacıyev deyib.
Ekspert Krım körpüsünün partladılması fonunda yayılan şayiələrə və burada guya azərbaycanlının əlinin olması ilə bağlı ortaya atılan iddialara münasibət bildirib.
Xatırladaq ki, daha sonra verilən məlumatlarda hadisəni törədənlərin erməni əsilli Rusiya vətəndaşları olduğu üzə çıxıb.
Öz növbəsində, F. Hacıyev deyib ki, millətindən asılı olmayaraq, bunu rus, erməni, gürcü, azərbaycanlı və yaxud da başqası törədə bilər:
“Bu gün mətbuatda gedib ki, bu terror aktınıın sifarişçisi erməni imiş və onlar sürücünün xəbəri olmadan yükü maşına yükləyib içərisinə partlayıcı maddə qoyublar. Bu da yayılan versiyalardan biridir. Əslində, sürücünü burada günahlandırmaq düz deyil. Ona görə ki, yükü alan sürücü bunu internet üzərindən alıb. Onlar tanımadığı adamlardan gedib yükü alırlar, daha sonra yükləyən tərəf bu yükün üzərini möhürləyir ki, sürücünün oraya müdaxiləsi olması.
Rusiya hüquq-mühafizə orqanlarının uydurduqları yalanlar isə sadəcə olaraq fikir yayındırmaq məqsədi daşıyır. Hadisə törədiləndən sonra isə mən 2 versiya üzərində dayanmışdım: bir versiya bu hadisəni Rusiya xüsusi xidmət orqanlarının törətməsidir. Çünki bu iki keçidin yalnız bir maşında olan partlayıcı maddənin partlaması ilə dağılmasının mümkün olmadığını, həmin ərazinin qabaqdan minalandığı və partlayışın eyni vaxtda həyata keçirildiyin irəli sürmüşdüm”.
Müsahibimiz əlavə edib:
“Mən bu versiya üzərində ona görə dayandım ki, bunu Rusiya xüsusi xidmət orqanları 2 səbəbdən edə bilər: 1. Putinə daha radikal addımlar atmaq üçün haqq qazandırmaq və təzyiq etmək; 2. Putini daha radikal addımlardan çəkindirmək. Yənu bu iki versiyanın hər ikisi Putinin üzərindəki təzyiqdir.
Üçüncü versiya isə bu hadisənin Putinin özünün təşkil etməsidir ki, Ukraynaya yeni hücumların təşkili üçün göstərişlər versin. Çünki oktyabrın 2-də Putin Ukraynanın kütləvi şəkildə bombardman edilməsi barəsində əmr verib. Əgər bu versiya özünü doğrultmağasa, onda bir versiya da ortaya çıxır ki, bu partlayış Ukrayna Silahlı Qüvvələri tərəfindən legitim hərbi obyektlərin vurulması kimi dəyərləndirilməlidir. Çünki Ukrayna işğalında göndərilən hərbi texnika, silah-sursat və əsgərlərin 85%-i o körpü vasitəsilə daşınır. Ukraynanın da bu legitim hədəfləri vurmaq haqqı var. Burada isə mən Ukraynanın HIMARS və digər raket sistemlərindən istifadə etdiyini irəli sürmüşdüm”.
Hərbi analitik bütün hallarda maşının partlaması ilə iki keçidin çökməsi və üçüncü keçidin defarmasiyaya uğraması fikrindən uzaq olduğunu da dilə gətirib:
“Ona görə ki, bu maşının maksimsum yükgötürmə qabiliyyəti 20 tondur. Kuzada olan yük isə ən azından 1.50 metr yüksəklikdə olur. Bu isə havada partlayan bir partlayışa bənzəyir. Çünki havada partlayış verirsə, onun təzyiq gücü havada yoxa çıxır. Onun aşağıya vuran təzyiq gücü isə maksimum 1 keçidi çökdürmək gücünə malik ola bilər.
İkinci tərəfdən, necə ola bilər ki, əgər 2 keçidi çökdürüb, üçüncü keçidi defarmasiyaya uğradırsa, niyə yanındakı yolda defarmasiya yaratmayıb? Sanki yanındakı yolu bıçaqla kəsmisən və oraya heç kül də düşməyib. Buna görə də düşünmürəm ki, bu körpü yalnız maşın partlaması nəticəsində belə olsun. İki yolu var: burada Rusiya dövlətinin əli ola bilər; yaxud körpü Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub”.
“Bu məsələdə azərbaycanlının seçilməsi isə heç bir məntiqə sığışmır. Həmin sürücü başqa adam da ola bilərdi. Hətta o azərbaycanlının – bir müsəlmanın hansısa bir xristiyanın tərəfində olması ağılabatan bir iş deyil. Çünki bu məsələdə özünü öldürmək həddinə qədər razılaşmış bir şəxsin inanclı idealogiyası olmalıdır. Bu yoxdursa, demək ki, bu adam qurbandır və başqa bir şey yoxdur. Sadəcə bu yazıqlar bir tikə çörək puluna görə bəlaya düşdülər”, – hərbi təhlilçi yekunlaşdırıb.