Prezidentin Qırğızıstan səfəri BAŞLADI - YENİLƏNDİ + FOTOLAR

Prezidentin Qırğızıstan səfəri BAŞLADI - YENİLƏNDİ + FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.

 

Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Hava limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.

 

***

 

11:19

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfəri edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.


Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov ikitərəfli əlaqələri müzakirə edəcəklər.

 

Vurğulanıb ki, ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığa, həmçinin səmərəli əməkdaşlığın inşası və daha da inkişafının perspektivlərinə dair müxtəlif mövzularda müzakirə aparacaqlar.

 

Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılıb.

 

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılması nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...