Hüquqi dövlət quruculuğunda ilk addım: müstəqillik haqqında Konstitusiya Aktı

Hüquqi dövlət quruculuğunda ilk addım: müstəqillik haqqında Konstitusiya Aktı

Hər il oktyabrın 18-i ölkəmizdə müstəqillik günü kimi qeyd edilir. 1991-ci ilin bu tarixində Azərbaycan dövlət müstəqilliyini bərpa edə bilib. 


Sfera.az bildirir ki, müasir Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində atılan ilk böyük addım məhz 1991-ci ilin oktyabrın 18-də qəbul edilən dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı olub. Məhz bu Aktda Azərbaycan ərazisində yaradılacaq dövlətin 1918-1920-ci illərdə mövcud olmuş dövlətin varisi olduğu rəsmi qaydada bəyan edildi, ilk böyük hüquqi sənəddə yeni dövlətin 1918-1920-ci illərdə olduğu kimi demokratik, dünyəvi dəyərlərə sadiq qalacağı vurğulandı. 

 

Dövlət müstəqilliyinin bərpasına gedən yolda ilk mühüm addım 1990-cı ildə atıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan ali orqanının toplantısında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırıldı. Həmin toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu. 

 

Bu proseslərin davamı kimi 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquqi paktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" layihəsinin hazırlanması barədə qərar qəbul edildi. 

 

Nəhayət, oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri öz əksini tapmışdı. Bu ali sənəddə hakimiyyətin və eləcə də bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilib. 

 

Vətəndaş cəmiyyətinin əsasını təşkil edən vətəndaş və onun azadlığı Konstitusiya Aktında ilk dəfə öz əksini tapıb. Burada aydın şəkildə ifadə edilir ki, Azərbaycan xalqı ölkəmizdə və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün vətəndaşlardan ibarətdir. Vətəndaşların öz idarəetmə formasını seçmək, başqa xalqlarla öz münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ var. 


Ali sənəddə göstərilir ki, bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdir. Dövlət insan hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilən, başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq, əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir. 

 

Sənəddə hüquq sisteminin formalaşması zamanı əsas meyarlar da müəyyənləşdirilib. Aktda bildirilir ki, hüquq qaydası yaradılan zaman Azərbaycan xalqının birliyi qorunmalı, ayrıca şəxsin, ailənin, ictimai birliklərin və digər kollektivlərin mənafeyinə uyğun surətdə qanundan irəli gələn hüquqları və azadlıqları müəyyən edərək hərəkət edilməlidir. 

 

İlk dəfə olaraq məhz Konstitusiya Aktında mülkiyyət bölgüsü aparılıb. Burada qeyd edilib ki, Azərbaycanda dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət şəklində ola bilər. Xüsusi və kollektiv mülkiyyətə qanunla icazə və təminat verilir. Qanun onların alınması və onlardan istifadə olunması üsullarını, onların fəaliyyət hüdudlarını müəyyən edir. 

 

Sənəddə vurğulanır ki, xüsusi və kollektiv mülkiyyət məcburi şəkildə özgəninkiləşdirilə bilməz. Qanunda nəzərdə tutulan hallarda xüsusi və kollektiv mülkiyyət zərərin ödənilməsi şərtilə Azərbaycanın xeyrinə özgəninkiləşdirilə bilər. Daşınar və daşınmaz əmlakın tam müsadirəsinə isə yol verilmir. 

 

Qeyd edək ki, sonralar qəbul edilən Konstitusiyada mülkiyyətin 3 forması tanındı. Bunlar dövlət, bələdiyyə və özəl mülkiyyət formalarıdır. 

 

Mərkəzi amirlik sistemindən, bütün mülkiyyətin dövlətə məxsus olduğu cəmiyyətdən ayrılan müstəqil Azərbaycan cəmiyyətində ilk dəfə olaraq bazar sisteminə keçid təsbitini tapır. Konstitusiya Aktında vurğulanır ki, Azərbaycanda hər cür iqtisadi fəaliyyət bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslanır. 

 

Müstəqil Azərbaycan dövləti yetkinlik yaşına çatan vətəndaşlarının seçki hüququnu tanıdı. Səsvermənin şəxsi, bərabər, azad və gizli keçirildiyi təsbit olundu. Səsvermə hüququnun yalnız vətəndaşın hüquq qabiliyyətsizliyi nəticəsində və ya qüvvəyə minmiş məhkəmə hökmü əsasında məhdudlaşdırıla biləcəyi vurğulandı. 

 

Konstitusiya Aktında göstərildi ki, Azərbaycan siyasətinin müəyyənləşdirilməsinə demokratik yolla kömək etmək üçün bütün vətəndaşların azad surətdə siyasi partiyalar və digər ictimai birliklər yaratmaq hüququ var. Bu da azərbaycanlılar üçün ilk təcrübə idi. Sovet sistemi təkpartiyalılığa əsaslanır və fərqli partiyaların olmasına şərait yaratmırdı. Amma müstəqillik haqqında Konstitusiya Aktında siyasi partiyaların ictimai rəyin formalaşdırılmasında və ifadəsində iştirak etməsinə imkan yaradılır, onlar siyasi fəaliyyətin əsas ünsürü kimi göstərilir. 

 

Ölkəmizdə sonralar yeni Konistitusiya qəbul edildi və bu Konstitusiya Aktı yeni Konstitusiyanın hazırlanmasında əsas oldu. 


Vasif 

 

Medianın İnkişafı Agentliyi jurnalist Aytən Məmmədovaya hücumla bağlı  məlumat əldə edib

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


 Mövzu: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu


OXŞAR XƏBƏRLƏR

30 mayla bağlı ŞOK XƏBƏRDARLIQ

2025-ci ilin yayı ilə bağlı qorxulu ehtimallar artır. Sfera.az xəbər verir ki, məşhur bolqar öncəgörən Vanqa bu dövrdə Avropada genişmiqyaslı müharibə...

Avroviziya-2025-in qalibi bu ölkə öldu

Bu gecə İsveçrənin Bazel şəhərində baş tutan 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin finalında qalib müəyyənləşib.   Sfera.az&n...

Ancelina Coli zərif dizayner paltarında Kann festivalında görünüb - FOTOLAR

49 yaşlı amerikalı aktrisa Ancelina Coli 2025-ci ildə Kann Film Festivalında "Eddinqton" filminin premyerasında eleqant görünüşlə iştirak edib.  ...

Reklam çəkilişlərinə görə Yunanıstan hakimiyyətindən “Adidas”a milyon dollarlıq iddia - VİDEO

Yunanıstan hakimiyyəti məşhur idman malları istehsalçısı “Adidas”ı Akropol yaxınlığında reklam çəkilişinə görə məhkəməyə vermək qərarına gəlib. Qeyd...

Mingəçevirdə ağır qəza - Yaralılar var

Mingəçevirdə ağır yol nəqliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhərin giriş hissəsində, Alaqapı adlanan ərazidə olub. ...

Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"

“Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər”.   Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a E...