Afrika uğrunda mübarizə davam edir

Afrika uğrunda mübarizə davam edir

“ABŞ dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəl Afrika ölkələrinə səfəri Qərb mətbuatının diqqət mərkəzindədir. Blinkendən əvvəl Afrika ölkələrinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransa Prezidenti Emmanuel Makron səfər etmişdilər. Afrikada daha iki oyunçu var – Çin və Türkiyə”.

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Vaşinqtonun məqsədi Rusiya və Çinin Afrika qitəsinə artan təsirinin qarşısını almaqdır:

 

“Fransa və Türkiyə də qitədə fəaldırlar. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan il ərzində Afrika ölkələrinə gedərək ikili əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib. Türkiyə şirkətlərinin Afrika ölkələrinə yatırımları artıb. Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin Afrika ölkələrində açdığı səfirliklərinin sayı da çoxalıb. Vaşinqtonu Fransa və Türkiyənin Afrikada fəallığı narahat etmir. Vaşinqton üçün əsas təhlükə Rusiya və Çinin Afrikadakı fəallıqlarıyla bağlıdır.

 

Vaşinqtonun məqsədinə çatacağı çətindir. Çünki Rusiya və Çin Afrika ölkələrində həm yatırımlarını, həm də ortaq şirkətlərin sayını artırıblar. Moskva və Pekinin Afrika ölkələrinin siyasi sistemi, demokratiya və insan hüquqları pozuntuları narahat etmir. Vaşinqton üçün isə bu qırmızı xətdir. Bu qırmızı xəttin varlığı ABŞ-ın Afrikanın bir çox ölkəsinə yatırım qoymasını əngəlləyir. Bu isə Rusiya və Çin üçün boşluqlar yaradır ki, Moskva və Pekin bundan istifadə edirlər. Çinin dövlət və özəl şirkətləri Afrika ölkələrinə milyardlarla dollar yatırım qoyublar, yeraltı zənginliklərin çıxarılması və satışı ilə məşğuldurlar. Çin şirkətləri uzunmüddətli müqavilələrə üstünlük verirlər. Bu Afrika ölkələrinin də maraqlarına cavab verir. Pekinin Afrika ölkələri ilə əməkdaşlığını genişləndirməsinin siyası hədəfləri də var. Çinin yatırımlarına ehtiyacı olan çoxsaylı Afrika ölkəsi Birləşmiş Millətlər Təşkilatındakı səsvermələrdə Çinin əleyhinə olan qətnamələrə və sənədlərə səs vermirlər. Bu amil də Vaşinqtonu ciddi narahat edir”.

 

Politoloq qeyd edib ki, Vaşinqtonun Afrika ölkələri içərisində əsas tərəfdaşı Cənubi Afrika Respublikası (CAR) sayılır:

 

“CAR-da liberal institutlar, azad rəqabətə istinad edən bazar iqtisadiyyatı mövcuddur. Ancaq, hətta CAR belə ABŞ-la yanaşı Rusiya və Çinlə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Təsadüfi deyil ki, CAR Rusiya və Çinlə birgə BRİKS təşkilatının üzvüdür. Buna görədir ki, CAR Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə etiraz etməyib. CAR neytral mövqedən çıxış edir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...