\"Atasını heç vaxt tanımayıb, atalığı ona nifrət edib, qəddarca döyüb, ac saxlayıb...\" - Putin haqqında İLGİNC İDDİALAR

\

Psixoloq Yelena Şerşneva bəyan edib ki, Rusiya prezidenti Vladimir Putini diktator və tirana çevirən uşaqlıq illərində aldığı iki travması olub. Heç demə, Kreml liderinin çətin uşaqlıq illəri olub, iki cüt valideynləri onu ələ salıb.
 
 

Sfera.az xəbər verir ki, bu barədə "9-cu kanal" nəşri yazıb.
 

Şerşneva Polşa jurnalisti, hüquqşünası və "Vova, Volodya, Vladimir" kitabının müəllifi Kristina Kurçab-Redlixin Rusiya hakiminin öz tərcümeyi-halının dəyişdiyi barədə məlumatlarına istinad edir.
 

"Əslində Putin 7 oktyabr 1952-ci ildə Leninqradda Vladimir və Mariya Putinlərin ailəsində deyil, 1950-ci ildə Ural yaxınlığında anadan olub. 
Atasını o, heç vaxt tanımayıb, anası Vera Putina oğlu doğulandan sonra öz valideynlərinə verib. Sonradan qadın öz şəxsi həyatını Gürcüstanda quraraq oğlunu özü ilə aparıb", - Şerşneva danışıb.
 

Kurçab-Redlixin sözlərinə görə, Gürcüstan Putin üçün cəhənnəmə dönüb. Atalığı ona nifrət edib, qəddarcasına döyüb, ac saxlayıb. Bir neçə ildən sonra oğlan babası və nənəsinə, sonradan Leninqraddan olan qohumlarına verilib. Onlar da onun rəsmi valideynləri olub.
 

Lakin Putinin iztirabları bununla bitməyib. Onun rəsmi atasının qəddarlığını Rusiya prezidentinin həmyaşıdları indiyədək xatırlayır.
 

"Beləliklə, biz ən azı iki güclü travmanı-ailələrin dəyişməsini və fiziki zorakılığı görürük. Özünün uşaq eqosentrizminə görə Putin patoloji olaraq inamsız olub", - psixoloq deyib.
 
 

Şerşneva izah edib ki, insanın psixikası uşaqlıqda üzləşdiyi fiziki zorakılığa üç üsulla reaksiya verə bilər:
 

- travma qarşısında təslim olmaq və bütün həyatı boyu qurban rolunu qəbul etmək;
 

- öz ağrılarını, məsələn, alkoqol asılılığına düşərək unutmaq;
 

- uşaqlıqda aldığı travmanı kompensasiya etmək, o zaman insan onu incidənlərdən daha çox cəllada çevrilir.
 

Mütəxəssisin fikrinə görə, Putinin şəxsiyyətinin psixopatik pozulması məhz sonuncu ssenari üzrə inkişaf edib.
 

"Vladimirin patoloji inamsızlığı illərlə güclənib. İnstitutda o, sıravi tələbə olub və o qədər diqqəti cəlb etməyib ki, onunla təhsil alanlar belə onu xatırlamır. Müəllimlər isə onun haqqında o qədər də yüksək fikirdə olmayıb", - psixoloq vurğulayıb.
 

"İnstitutda Putini "siqaret kötüyü" və "boz güvə" adlandırıblar. Tələbə olaraq gələcəyin prezidenti idmana baş vurub və özü üçün gələcəyə möhtəşəm planlar qurub. Lakin bunlar onun psixikasını qaydaya salmayıb, çünki sedativ effekt uzun çəkmir, daima yeni, daha böyük nailiyyətlər tələb edir ki, komplekslərdən və  kiçilmə hissindən yaxa qurtara biləsən.
 

"Putin daima dünyaya sübut etmək istəyir ki, o, diqqətə layiqdir və necə olmaq lazımdırsa, elə də var. Lakin dünya ona elə institutda olduğu kimi cavab verir", - Şerşneva əlavə edib.
 

Mütəxəssisin sözlərinə görə, bundan başqa, Rusiya prezidentində get-gedə artan böyüklük maniyası inkişaf edib. Bütün bunlara həm də psixopatiya əlavə olunub.
 

Bundan öncə psixiatr Roman Dolinski Rusiya prezidentinin ruhi vəziyyətini təhlil edərək, bu nəticəyə gəlib ki, Putində şəxsiyyətin pozulması əlamətləri var. Belə əlamətlər Hitler və Stalində də müəyyən edilib.(moderator.az)


OXŞAR XƏBƏRLƏR

Fillər çox qəribə salamlaşma növü: Sevindiklərindən belə edirlər - VİDEO

İnsanların salam verməsinin müxtəlif sayda: əl yelləmək, əl sıxmaq, qucaqlamaq, öpmək, yumruq toqquşdurmaq, salam demək və ya bunların hər hansı birinin birləşm...

Qalmaqallarda hallanan “kişilər üçün jurnal” fəaliyyətini bərpa edir

Son çap nüsxəsinin nəşrindən doqquz il sonra, “Loaded” kişi jurnalı Britaniyada yenidən buraxılmağa hazırlaşır.  Sfera.az bildirir ki, &ld...

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Müğənni Ancelina Coli iki kişi ilə sevgilidir - bəstəkar Castin Levin və reper Akala (əsl adı Kingsley James McLean Daley). Sfera.az xəbər verir ki, bu barəd...

Rusiyada ilk transgender siyasətçi yenidən cinsiyyət dəyişdirir

Rusiyanın Altay regionundan olan ilk transseksual siyasətçisi tərs keçid edərək, bütün rus xalqından bağışlanmasını istəyib. Yuliya Aleşina yenidən Roman Aleşin...

Tayvanda parlament iclasında kütləvi dava - VİDEO

Tayvan parlamentində bu gün yeni prezident Lai Çinq-tenin andiçmə mərasiminə bir neçə gün qalmış xaos yaşanıb. Deputatlar parlament islahatları ətrafında mübahi...

Ömrümüzün uzunluğu təxminən 5 il artacaq

Araşdırmalara görə, qlobal ömür uzunluğu 2050-ci ilə qədər təxminən 5 il - 2022-ci ildəki 73,6 yaşdan 2050-ci ildə 78,2 yaşa qədər artacaq. Sfera.az xarici...