Tamam Cəfərova: Heç kim qanundan üstün ola bilməz

Tamam Cəfərova: Heç kim qanundan üstün ola bilməz
 Azərbaycan dünyada COVİD-19 pandemiyas ılə ən uğurlu mübaizə aparan ölkələrdəndir. Təsadüfi deyildir ki, bu sahədə ölkəmizin təcrübəsi dünyada nümunə kimi göstərilir. Pandemiya ilə mübarizənin ilk günlərindən Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün lazımi qabaqlayıcı kompleks tədbirlərin görüldu, ölkənin bütün resusları insanların sağlamlığının qorunmasına səfərbər edildi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi, pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər və qaydalar müəyyən edildi. Bunların nəticəsidir ki, bu gün ölkədə vəziyyət nəzarət altındadır.

Sfera.az xəbər verir ki, bu barədə trend-ə Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Yarım il ərzində karantin rejimi situasiyaya uyğun bəzən yumşaldıldı, bəzən də sərtləşdirildi. Buna uyğun olaraq, qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir. Cənab Prezident başda olmaqla ölkənin tanınmış ictimai-siyasi xadimləri, hökumət üzvləri, vəzifəli şəxslər qəbul olunmuş qayda və qanunlara ciddi riayət etməyə, karantin rejiminin tələblərinə əməl etməyə çağırmışlar. Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə vətəndaşlara müraciət edərək, onları ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, karantin qaydalarına əməl etməyə çağırdılar. Özləri qapalı məkanlarda maska taxdılar, bütün tədbirlərdə sosial məsafəni saxladılar. Bir sözlə, bütün vətəndaşlara nümunə oldular. Necə deyərlər, ən gözəl tərbiyə şəxsi nümunədir.

Təəssüf ki, karantin rejimində yumuşaldılmalar bir qrup insanlarda arxayınlıq hissi yaratmış və onlar məsuliyyətsizlik göstərərək toy şənlikləri təşkil etmişlər. Bu sırada bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə və qınağına məruz qalıb. Əgər kimsə bu qaydaları pozursa, kimliyindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir, hər kəs qanun qarşısında bərabərdir. Əgər şəhər və rayonlarda karantin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimələnirlərsə, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır. Ədalətlilik özünün ən sərt üzü ilə indiki zamanda görünməlidir. Ortaya çıxan nəticə budur ki, qanun təkcə kasıb və sadə insanlar üçün nəzərdə tutulmayıb. Karantin qaydaları hərkəs üçündür! Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz! Əks halda xalqın dövlət hakimiyyətinə olan inamını sarsılar. Bu gün isə karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətda inzibati qaydada həbs edilirsə bu hərkəs üçün ciddi dərs olmalıdır! Toy qadağası davam edir və bu hərkəs üçün belədir!

Millət vəkilinin sözlərinə görə, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. hər bir vətəndaş kimi, ictimai-siyasi xadimlər, hökumət üzvləri, xüsusilə deputatlar karantin rejiminə nəinki riaəyət etməli, həm də şəxsi nümunə olmaqdır. Başa düşülməlidir ki, xalq və qanun ölkə rəhbərinin tərəfindədir. Dövlətimizin əmin-amanlığı, xalqımızın firavan yaşamı qarşısında Ulu öndərimizin siyasi kursu və cənab Prezidentin qətiyyətli siyasi iradəsi durur.

OXŞAR XƏBƏRLƏR

Robert De Nironun oğlu transgender oldu - FOTO

Hollivud ikonu Robert De Nironun 29 yaşlı oğlu Aaron De Niro transseksual qadın kimi ictimaiyyət qarşısına çıxıb və özünə İrene adı seçib.   O, bu ba...

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...