“Siracla Məhərrəm öndəki “Kamaz”da idi” - Kəlbəcərə ezam olunan fotoqraf

“Siracla Məhərrəm öndəki “Kamaz”da idi” - Kəlbəcərə ezam olunan fotoqraf
Xüsusi çəkiliş qrupu olaraq səhər saatlarında Kəlbəcərin Susuzluq kəndinə yollandıq. Biz iki maşınla gedirdik. Siracla Məhərrəm öndəki "Kamaz"da idi. Mən digər həmkarımla arxadan gəlirdik. Dağ yolu olduğundan aramızda məsafə var idi. Birdən partlayış səsi eşitdik. Güman etməzdik ki, maşın minaya düşər. Tez yanlarına getdik. Hadisə yerinə çatanda artıq gec idi. Siracla Məhərrəm rəhmətə getmişdi.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Kəlbəcərə ezam edilmiş çəkiliş qrupunda olan fotoqraf Rəşad Mehdiyev deyib.

O bildirib ki, hadisə barədə aidiyyatı qurumlara məlumat verildikdən sonra yaralılar ərazidən təxliyə olunub:

ı"Əvvəl elə bildik ki, iki nəfər rəhmətə gedib, sonra 3 nəfər oldu. Ora çox yaxınlaşa bilmirdik. Çünki digər minalar da ola bilərdi. Həmin an hadisənin təsirində idik. Bir saat əvvəl çörək yediyimiz həmkarlarımız artıq həyatda yox idi. Dünən axşam çəkilişdən gec qayıtdıq. Yemək yedik, deyib güldük, söhbətləşdik. Səhər nəzərdə tuturuq ki, yolumuzun üstündə İstisuya da baş çəkək, lakin qismət olmadı".


Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin olduğu "Kamaz” markalı avtomobil Susuzluq kəndi istiqamətində tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı) və digər bir mülki şəxs həlak olub.
 
(Azvision.az)
 

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...