Siqareti tərgitmək istəyənlərə 5 məsləhət: Beyini necə aldatmalı?

Siqareti tərgitmək istəyənlərə 5 məsləhət: Beyini necə aldatmalı?
Elmi araşdırmalar göstərib ki, fizioloji asılılıq və təsir baxımından nikotin kofein və marixuanadan dəfələrlə güclüdür. Psixoloji asılılıq baxımından isə heroin və kokoinə bərabərdir. 

Ona görə xroniki tütün çəkənlər üçün birdən-birə siqareti tərgitmək asan olmur. Nə qədər kənardan asan, cəlbedici görünsə də, tütündən imtina orqanizm üçün sınaqdır, əsl döyüşdür və buna tab gətirmək hünər tələb edir.

Qaynarinfo medicina.az-a istinadən siqaretdən imtina yoluna qədəm qoyanlar üçün orqanizmin müqavimətini qırmaq və meydana çıxacaq problemləri həll etmək üçün 5 məsləhəti təqdim edir.

1.Beynin həzz tələbini ödəmək

Nİkotin qanda dofamin adlı həzz, razılıq fermentini artırır. Beyin narkotik kimi bu hissə alışır və hər dəfə daha çox doza nikotin tələb edir. 
Siqareti tərgidərkən beynin bu tələbinə qarşı çıxmaq üçün onu aldatmaq lazımdır. Siqaret çəkmək təbi gələndə o fermenti hasil edəcək bəzi qidalardan atışdırın: bir dilim çovdar çörəyi, ərik qurusu, armud, təbii şirin yoqurt, qara şokolad. 

2.İştah güclənir

Siqaret tərgitdikdən 1 həftə sonra iştah çox artır, insan kökəlir, çox yeyir. Bu maddələr mübadiləsində gedən dəyişikliklərlə bağlıdır.  Siz siqareti tərgitdiyiniz gündən sağlam dieta növü seçməli, ona əməl etməli, hər gün qida kalorisini 100-200 azaltmalısız. Qalan məsələlər psixoloji faktorlardır.

3.Sakitləşmək yolları

Nİkotin diqqəti artırır, sinirləri sakitləşdirir. Ona görə siqaretsiz olanda səbəbsiz həyəcan, əsəb, gərginlik, hirsini başqalarından çıxmaq qaçılmazdır. Davamlı siqaret orqanizmdə C vitaminini azaldır. Bu da sinir sistemini çökdürür. Siqareti tərgitdikdə tropik və sitrus meyvələrinə keçin. Eləcə də gün ərzində çox miqdar adi su için. Bu həm arıqladır, həm də zərərli qalıqları çıxarır.

4. Əlavə hobbilər tap

Siqaret tərgidərkən orqanizm sanki ölüm siqnalı alır. Həyat, iş, əvvəlki vərdişləriniz sizə maraqsız gələcək. Ona görə öncədən 6 aylıq plan tutaraq, səyahət, səfər, adrenalin verən məşğuliyyətlər, idman, hobbi, əyləncə növləri tapın və ətrafınızı dəyişin.

5.Qidanızı dəyişin

Siqaret tərgidərkən qoxu və dadbilmə hissi güclənir. İnsan az qala daşı da yemək istəsin. Elə qidalar yeməlisiz ki, sizin bu tələbənizi ödəsin. Siqaret çəkənlər bolluca meyvə, tərəvəz kababları, dəniz məhsulları – krevetdən tutmuş xərçəngə kimi yeməli, arada pivə içməli, eləcə də müxtəlif smuzilər düzəldib içməlidir ki, dad reseptorlarının qıcıqlanmasının qarşısını alsın.

OXŞAR XƏBƏRLƏR

Orqanizmi koronavirusun ağır fəsadlarından qoruyan MADDƏ. Bu məhsullarda var!

Selen insan sağlamlığı üçün ən vacib olan antioksidant minerallardan biridir. Selen iorqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehs...

Sarımsaqlı çayla arıqlayın

 Arıqlamaq üçün bir çox bitki çayı reseptləri mövcuddur. Sfera.az xəbər verir ki, xanımlar çayları seçərkən daha çox təbii komponentlərdən ibarət ola...

İştahsızlıq yaradan ərzaqlar

 Pəhriz saxlayarkən insanda aclıq hissi daha da çoxalır, iştah artır. Kalorili qidalara meyl artdıqca, özünü saxlamaq çox çətin olur. Pəhrizin ardından kal...

Koronavirusu yüngül keçirtdiyimizi necə anlaya bilərik? – ƏLAMƏTLƏRİ

Bütün dünyada koronavirusla mübarizə davam edərkən, ölüm sayı durmadan artmaqdadır. Digər tərəfdən də koronavirusa yoluxan, lakin bundan xəbəri olmayan şəxsləri...

Koronavirusla bağlı ŞAD XƏBƏR ELAN EDİLDİ — GƏLƏN AY...

Hindistanda koronavirus vaksininin kliniki sınaqları başlayır.   "Ölkə.Az"ın məlumatına görə, yerli vaksin Puna şəhərində Milli Virusologiya İnst...

Koronavirusla bağlı daha bir sirrin üstü açıldı - Əslində ölüm səbəbi...

  Ötən ilin noyabr ayından etibarən sürətlə dünyaya yayılan, 11 milyona yaxın insana yoluxan, yarım milyondan çox insanın ölümünə səbəb olan yeni növ koro...