No Image

Sevr sülh müqaviləsinin kölgəsində sığınacaq axtaran Ermənistan alimlərinin növbəti səfehliyi

Sevr sülh müqaviləsinin kölgəsində sığınacaq axtaran Ermənistan alimlərinin növbəti səfehliyi
 

10 avqust tarixində Ermənistan paytaxtı İrəvan şəhərində Ermənistanın milli elmlər akademiyasının təşkil etdiyi "Sevr müqaviləsi və erməni məsələsi” adlı elmi konfrans keçirilib. Konfrans Sevr müqaviləsinin 100-illiyinə həsr edilib. 

Tarix felin lazım formasını tanımır. Nöqtə. Bu, mübahisə olunmayan, ciddi insanlar, şüurlu alimlər və məntiqə əsaslanan müzakirələr aparan hər bir insan tərəfindən qəbul edilən həqiqətdir. Görünür, qonşu Ermənistanın elm aləmi öz fəaliyyətini sivil dövlətdə qəbul olunan prinsiplərdən fərqli prinsipləri rəhbər tutaraq aparır.

Belə ki, amorf dövlətin absurd baş naziri Nikol Paşinyan Ermənistan Elmlər Akademiyası tərəfindən İrəvanda təşkil edilmiş məntiqə uymayan növbəti tədbirdə öz çıxışında deyib ki, "Serv müqaviləsi – tarixi faktdır”. 

Paşinyanın fikrinə görə, bu müqavilə o dövrdəki ən qabaqcıl ideyalar əsasında tərtib edilib. Burada "qabaqcıl” sözü ilə yanaşı, "absurd” sözü də mütləq qaydada istifadə edilməlidir ki, müqavilənin nə dərəcədə yersiz, tamamilə Türkiyənin əleyhinə nə qədər qərəzli və ədalətsiz olmasını göstərsin. 

Əlbəttə ki, Paşinyan və bütün ermənilər üçün bu müqavilə çox vacib idi və bunun ermənilərin xeyrinə olan və onların "uydurma şüarına” çevrilən bir sıra səbəbləri var idi. Qərəzli olmamaq üçün gəlin, Nikol Paşinyanın səsləndirdiyi absurd tezislərə birgə baxaq.

Belə ki, Birinci dünya müharibəsi yekunlaşan ərəfələr Türkiyə tarixinin ən çətin dövrlərindən biri hesab oluna bilər, çünki müqavilənin imzalanması ərəfəsində Türkiyənin əksər hissəsi imperialist dövlətlərin silahlı qoşunları tərəfindən işğal olunmuşdu. 

Paşinyanın sözlərinə görə, Sevr müqaviləsi "yeni prinsip və dəyərlər təqdim etməklə yanaşı, Ön Asiyada nəinki sülh, hətta ədaləti təmin edəcəkdi”. 

Həqiqət: 10 avqust 1920-ci ildə Sevr (Paris şəhərinin yaxınlığında yerləşir) şəhərində Türkiyənin Sultan hökuməti ilə 1914-1918-ci ildə baş vermiş Birinci dünya müharibəsinin qalib müttəfiq dövlətlərilə (Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Belçika, Yunanıstan, Polşa, Portuqaliya, Rumıniya, serblərin, xorvatların və slovenlərin Krallığı, Çexoslovakiya, Hicaz və daşnak Ermənistan) imzalanmış Sevr müqaviləsi Versal-Vaşinqton sisteminin tərkib hissəsi olub. Müqavilənin əsas məqsədini nəinki ərəb rayonlarının Osmanlı imperiyasından zorla ayrılması, ümumiyyətlə türklərə aid torpaqların tamamilə parçalanması, kəmalist inqilabın boğulması və Sovet Rusiyasına imperialist müdaxiləsi üçün əməliyyat meydanının yaradılması təşkil edirdi. 

Paşinyanın sözlərinə görə, Sevr müqaviləsi "tarixi ərazilərdə milli dövlətlərin yaradılmasına imkan verib ki, bu da regionda həm xristian, həm də müsəlman millətlərin birgə yaşaması, habelə regionun sivil müxtəlifliyinin qorunması və sonrakı inkişafı üçün şərait yaradıb”. Lakin ən əsası, müqavilə çərçivəsində Ermənistan Respublikası beynəlxalq münasibətlərin tam hüquqlu üzvü və beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi tanıdılacaqdı.

Həqiqət: Müqavilə əsasında Fələstin və İraq Böyük Britaniyaya, Suriya və Livan Fransaya mandatlı ərazilər qismində verilirdi. Türkiyə Ərəb yarımadasına və Şimali Afrika ölkələrinə olan bütün iddialarından imtina edirdi, İngiltərənin Misir üzərindəki protektoratı və Kipr adasının zəbt edilməsini tanıyırdı, Dodekanes adalarını İtaliyaya təslim edirdi. Şərqi Frakiya və Ədirnə (Adrianopol), Qallipol yarımadası Yunanıstana verilirdi; boğazlar zonası tamamilə silahsızlaşdırılaraq Antanta tərəfindən boğazlar üzrə beynəlxalq Komissiyanın nəzarətinə keçirdi. Başqa sözlə, müqavilə Türkiyəni Aralıq dənizinə çıxışdan tamamilə təcrid edirdi. 

Türkiyəni aciz və zəif görmək istəyənlərin könlündə olan bu müqavilənin amansız şərtləri demək olar ki, vaxtilə dünyaya meydan oxuyan Osmanlı imperiyasının süquta yetirilməsi demək idi. 

Paşinyanın sözlərinə görə, Sevr müqaviləsinin "müttəfiq dövlətlərlə yanaşı, Ermənistanı və erməniləri müqavilə tərəfi qismində tanıması onların qələbəyə və Birinci dünya müharibəsində sülhün bərqərar olmasına töhfəsini bəyan edəcəkdi”.

Həqiqət: Bu müqavilənin ermənilər üçün əhəmiyyətli vacibliyi ondan ibarət idi ki, müqaviləyə əsasən, Türkiyə Ermənistanın müstəqilliyini tanımaqla yanaşı, gələcəkdə Ermənistan dövlətinin yaradılması üçün nəzərdə tutulmuş geniş ərazilər verməli idi. Türkiyə ilə daşnak Ermənistan arasında sərhədlərin təyin edilməsi ABŞ prezidentinin münsiflər məhkəməsinin ixtiyarına buraxılmalı idi. Belə olan halda, ABŞ Ermənistan üzərində mandata nail olmalı idi. Ermənistan sərhədləri Ərzurum, Trabzon, Van, Bitlis vilayətlərindən keçərək, onlara Qara dənizə çıxış təmin etməli idi. 

Bundan başqa, sərhədləri ingilis-fransız-italyan komissiyası tərəfindən müəyyən edilərək, Fərat çayının solunda yerləşən Kürdüstan da Türkiyədən ayrılmalı idi. Geniş muxtariyyət alan Kürdüstan müqavilə qüvvəyə minəndən bir il sonra tam müstəqillik əldə etməli idi. 

Faktiki olaraq, Sevr müqaviləsi kapitulyasiya rejimini bərpa edirdi. Müqavilə Antanta ölkələrinə Türkiyənin daxili işlərinə müdaxilə etmək imkanı verirdi, türk ordusunun sayını 50 min əsgər və zabitə qədər, o cümlədən 35 min jandarmın olması şərti ilə məhdudlaşdırırdı. Eyni zamanda, 7 qoruyucu gəmi və 6 torpeda kateri istisna olmaqla, Türkiyəyə öz hərbi donanmasının olması qadağan edilirdi. 

Ümumiyyətlə, bu müqavilə türk xalqının şiddətli qəzəbinə səbəb olmuşdu. Bunun təbii səbəbləri var.

Misal üçün, İzmir rayonuna geniş muxtariyyət verilərək, plebisitin keçirilməsi üçün nəzərdə tutulmuş beş illik müddət ərzində yunan qoşunları tərəfindən işğal altında qalmalı idi. Qara dəniz boğazları rayonunda Böyük Britaniya, Fransa və İtaliya tərəfindən nəzarət olunan demilitarizasiya edilmiş zona yaradılmalı idi. Bununla belə, sadalanan ölkələrin bu zonada istənilən qədər qoşun saxlamasına ixtiyarı var idi.   

Hətta Türkiyənin büdcəsi və borca maliyyə vəsaitləri almaq məsələsi beynəlxalq maliyyə komissiyası tərəfindən təsdiq edilməli idi. 

Müqavilənin aqibəti hamınıza məlumdur: 1920-ci ilin aprel ayında yaradılmış Türkiyə Böyük Millət Məclisi müqaviləni rədd edib. Antanta dövlətləri arasında kəskinləşən ziddiyyətlər, Türkiyənin yunan-türk müharibəsində inamlı qələbəsi Atatürk hakimiyyətinə Lozanna konfransında (1922-1923) Sevr müqaviləsinin rəsmən ləğv edilməsinə imkan verdi. 

Gördüyünüz kimi, mətndə Paşinyanın tezislərində istifadə etdiyi feillər diqqətinizi cəlb etmək üçün tünd rəngdə qeyd edilib. Bu o deməkdir ki, Ermənistan dövlətinin baş naziri Nikol Paşinyanın bütün dedikləri yalnız və yalnız erməni daşnaklarının həyata keçməyən arzularıdır. 

Maraqlısı odur ki, uçurumun qırağında dayanan ölkənin başçısı öz nitqinin sonunda "Sevr müqaviləsi həyata keçməməsinə baxmayaraq, tarixi fakt kimi mövcuddur, bizim borcumuz isə onu xatırlamaq, dərk etmək və onun niyyətini qorumaqdır” deyir. Paşinyan açıqca etiraf edir ki, yüz il bundan əvvəl öz alçaq məqsədlərinə nail ola bilməyən Ermənistan öz çirkin niyyətlərindən hələ də əl çəkməyib. 

Milli və etnik zəmində nifrət, ədavət, dözümsüzlük siyasətini dövlət ideologiyası səviyyəsinə qaldıran, terrorçuluq, faşizm və "dənizdən dənizə Böyük Ermənistan” xülyasında yaşayan Ermənistan bu günə qədər dərk edə bilməyib ki, real həyat reallıqda baş verənlərlə ölçülür, kiminsə istək və niyyətləri ilə yox.  


OXŞAR XƏBƏRLƏR

Vüqar Biləcəri Hökməli qəbristanlığında dəfn olunacaq - FOTO

  Tanınmış meyxanaçı Vüqar Biləcəri Hökməli qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq. Sfera.az xəbər verir ki, bu barədə meyxanaçının yaxınla...

Lotu Qulinin kriminal biznesi bu şəxsə həvalə edildi - FOTOLAR

  Ötən həftə Türkiyədə qətlə yetirilən "qanuni oğru” Lotu Qulinin kriminal imperiyasının başına onun kiçik qardaşı Namiq Səlifov (Namik Bakinskiy) gətiril...

Murad Dadaşov məşhur aparıcını "Xəzər TV"yə gətirdi - FOTO

 Məşhur aparıcı Leyla Quliyeva Xəzər Televiziyasında fəaliyyətinə başlayıb. Sfera.az  Unikal.org-a istinadən   xəbər verir ki, bu barədə...

"Lotu Quli" dostları ilə sağollaşıb, "Xan"la belə ölümə getdi — SON VİDEO

  Xəbər verdiyimiz kimi, avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antaliya şəhərində hotellərin birində "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Sə...

Ramiz Mehdiyevin nəvələri də cəzalandırıldı - FOTO

 Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda i...

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələndi - FOTO

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir ne...