Səudiyyə vətəndaşlarına bu ölkələrə getmək qadağan olundu

Səudiyyə vətəndaşlarına bu ölkələrə getmək qadağan olundu
 
Səudiyyə Ərəbistanının xarici pasportların verilməsi üzrə idarəsi krallıq vətəndaşlarına 6 ölkəyə getməklə bağlı qadağa qoyub.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, ölkə vətəndaşları İran, İraq, Yəmən, Suriya, İsrail, Fələstin əraziləri, eləcə də Taylanda səfər edən vətəndaşları böyük həcmdə cərimə olunacaqları barədə xəbərdarlıq edib. 

Ərəblərin sadalanan ölkələrə səyahət etdikləri təqdirdə 3 il müddətinə ölkədən kənara çıxmalarına qadağa qoyulacaq. Bundan əlavə onlar 10 min Səudiyyə lirəsi (təxminən 3 min dollar) həcmində cərimə ediləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində çox sayda şiyələr məskunlaşıb ki, onların da İranda doğmaları-qohumları yaşayırlar. Ona görə həmin şəxslər müntəzəm olaraq İrana səfər edirlər. 


OXŞAR XƏBƏRLƏR