Selçuk Bayraktardan MIT professorunun Qarabağla bağlı açıqlamasına CAVAB: \"Utanmalısınız!\"

Selçuk Bayraktardan MIT professorunun Qarabağla bağlı açıqlamasına CAVAB: \
Türkiyənin "Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar ABŞ-da təhsil aldığı universitetin professorunun qalmaqallı sözlərinə reaksiya verib.
 
Sfera.az bildirir ki, Bayraktar "Ona təhsil verdiyim üçün utanıram”, deyən Massaçusets Texnologiya İnstitutunun (MIT) isveç əsilli fiziki Maks Teqmarka sosial media hesabından səslənib.

"Universitetdə adını ilk dəfə eşitdiyim, sözdə akademik Qarabağ müharibəsi dövründə verdiyi müsahibədə "Səlçuk Bayraktara təhsil verdiyimiz üçün utanırıq" demişdi. Siz törətdiyiniz soyqırım və qətliamlardan utanmalısınız. Biz torpaqlarımızı geri aldıq. Bununla ancaq fəxr edirik”, - deyə Bayraktar qeyd edib.
 
Xatırladaq ki,  Selçuk Bayraktar magistr təhsilini başa vurduqdan sonra təhsil müddətində əldə etdiyi yüksək nailiyyətlərə görə MIT-dən təqaüdlə magistr-doktorluq təklifi alıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...