Şəhriyar Məmmədyarov Soçiyə uçan təyyarəyə gecikdi

Şəhriyar Məmmədyarov Soçiyə uçan təyyarəyə gecikdi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və rusiyalı şahmatçı Aleksandr Qrişşuk şahmat üzrə Dünya Kubokunun keçirildiyi Soçiyə uçan təyyarəyə gecikiblər.

Sfera.az bu barədə Məmmədyarovun özü sosial şəbəkə hesablarında paylaşım edib.

Şahmatçı öz səhifəsində Aleksandr Qrişşukla şəklini paylaşaraq qeyd edib ki, onlar təyyarəyə birlikdə gecikiblər.

"Təyyarəyə gecikmiş iki oğlan. Uğursuz başlayan səyahət, inşallah, uğurla bitər”, - Məmmədyarov yazıb.

Özünün Facebook səhifəsində isə şahmatçı Qrişşukla birlikdə təyyarəyə gecikmə səbəbini açıqlayıb.

"Bəşəriyyət tarixində ən bahalı pivə”, - Məmmədyarov yazıb.

Məmmədyarovla Qrişşuk Zaqrebdə (Xorvatiya) keçirilən Grand Chess Tour çərçivəsində rapid və blits turnirlərində iştirak ediblər.

Şahmatçıların Soçi reysini ötürmələrinə baxmayaraq, onlar Dünya Kubokuna özlərini çatdıracaqlar. Çünki yüksək reytinqlərinə görə ikinci dövrədən başlayacaqlar, o isə iyulun 15-də start götürür.



OXŞAR XƏBƏRLƏR