Şəhidin evi üçün ayrılan pulu kim “yedi”? – FHN, yoxsa İcra Hakimiyyəti…

Şəhidin evi üçün ayrılan pulu kim “yedi”? – FHN, yoxsa İcra Hakimiyyəti…
2010-cu ilin yazında Kürdə baş verən daşqın nəticəsində qəzalı vəziyyətə düşən evlərdən biri də şəhid ailəsinə məxsusdur.

Həmin hadisənin üzərindən 9 il keçməsinə baxmayaraq, rayonun Poladtoğay kəndində yaşayan Həmidovlar ailəsinin evi təmir olunmayıb.

Maraqlıdır ki, həmin il təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş sakinlərə kompensasiya verilməsi üçün dövlət büdcəsindən milyonlarla pul ayrılıb. Lakin bir sıra özbaşınalıqlar nəticəsində 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Həmidov Namiq Əlizadə oğlunun ailəsinin yaşadığı çiy kərpicdən olan ev təmir olunmayıb.

Bununla bağlı şəhid anası Həmidova Məruzə Ağamalı qızı 2012-ci ildə Sabirabad İcra Hakimiyyətinə məktub ünvanlayıb. Hazırda həyatda olmayan Məruzə xanımın ünvanladığı məktuba İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Umud Həsənovun cavabı belə olub: "Yaşayış evinizə Dövlət komissiyası tərəfindən baxış keçirilmiş və təmir rəyi verilmişdir. Sizin eviniz üçün ayrılmış vəsait Fövqəladə Hallar Nazirliyi tərəfindən yaxın günlərdə ödəniləcək”.

Dövlət qurumu tərəfindən "yaxın günlərdə” deyilsə də, üzərindən daha iki il keçir. Evi təmir olunmayan şəhid anası 2014-cü ildə bu dəfə FHN-ə məktub ünvanlayır. Ona FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən cavab verilir ki, Məruzə xanımın evi fiziki köhnəlmə səbəbindən təmirə ehtiyacı olan evlər siyahısına daxil edilib. Fərdi yaşayış evinə fövqəladə halların və təbii fəlakətin təsirindən ziyan dəymədiyi üçün FHN-in onlara kömək göstərməsi mümkün deyil.

Çarəsiz qalan ana eyni ildə yenidən yerli icra orqanına müraciət edir. RİHB aparatının Sosial-iqtisadi və proqnozlaşdırılması şöbəsinin məsləhətçisi Sevindik Sultanovun məktuba verdiyi cavabda bunlar yazılır: "Rayon İcra Hakimiyyətinin başçısının 04 avqust 2014-cü il tarixli 69 saylı sərəncamına əsasən, siz şəhid anası kimi mənzil növbəsinə götürülmüsünüz”.

İş burasındadır ki, 2014-cü ildə Poladtoğay kəndində dövlət tərəfindən 60-a yaxın daş kərpicdən ev tikilib. Lakin tikilən evlərdən şəhid ailəsinə verilməyib. Şəhid anası Məruzə Həmidova isə 3 il öncə dünyasını dəyişib. Hazırda qəzalı vəziyyətdə olan evdə şəhidin qardaşı Həmidov Sübhan yaşayır. Sizə təqdim etdiyimiz fotolardan da göründüyü kimi Həmidovlar ailəsinin Kürün sahilində yaşadığı ev həqiqətən də qəzalı durumdadır. Aidiyyatı qurumların məsələyə biganə yanaşması isə sual olaraq qalır.Yenicag





OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...