No Image
No Image

Şəhid Xudayarın qardaşı döyülmə olayından danışdı: “Belə hərəkət…”

Şəhid Xudayarın qardaşı döyülmə olayından danışdı: “Belə hərəkət…”
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə şəhid Xudayar Yusifzadə haqqında status payılaşan Fuad Rəsulzadə adlı şəxs ötən gün küçədə döyülüb.

Məsələ ilə bağlı açıqlama verən şəhid Xudayarın qardaşı Məhəmməd Yusifzadə deyib ki, o adamı haqlı olaraq döyüblər: 

"Şəhid haqqında bu cür status yazanda bilmirdi ki, onu nələr gözləyir? Döyüblər, yaxşı ediblər, əlləri dərd görməsin. Onu döyənlər də elə Xudayarı sevənlər, Xudayarın qardaşları olub. Onun haqqı idi bu cür vəziyyətə düşmək. Şəhidlərimiz haqqında bu cür fikirlər bildirmək olmaz. Onlar vətən uğrunda canlarından keçiblər”.

Məhəmməd Yusifzadə qeyd edib ki, cəzalandırılması lazım olan şəxs elə Xudayar haqqında bu cür sözlər yazan adamdır:

"Onu döyənləri cəzalandırmaq lazım deyil. Hər gün küçələrdə mənasız davalar olur, bəs onlar niyə cəzalandırılmır? 

Cəzalandırılması lazım olan adam elə o statusu yazandır. Həmin statusu yazdığı vaxt o, qanunla cəzalandırılmalı idi. Bütün şəhidlər bizim qardaşlarımızdır. Onlara qarşı belə hərəkətlər etmək olmaz”. // AZXEBER.COM
Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qan laxtalanmasına səbəb olduğu deyilən yeni vaksinlə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, may ayının üçündən etibarən koronavirus əleyhinə "AstraZeneca" şirkətinə məxsus "Vaxzevria" vaksininin tətbiqinə başlanılıb. "Astr...

Həbsdə olan sabiq məmurlarla bağlı araşdırma aparılmalıdır – Onlara komfort şəraiti kimlər yaradır?

"Həbs olunan heç bir şəxs təcridxanada olduğu müddətdə qoyulan qaydalardan kənara çıxaraq hənsısa  güzəşt, imtiyaz əldə edə bilməz. Bu kimi hallar baş ve...

İlahiyyatçı alim mollaların fəaliyyəti ilə bağlı təkliflər verdi – “Aldıqları pulları...”

"İslam aləmində ümumiyyətlə "molla” məfhumu yoxdur. Molla ancaq bizdədir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, ilahiyyatçı ali...

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM

Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqi birazdan başlayıb. Sfera.az canlı yayımı təqdim edir: ...

Azərbaycanda karantin rejimi ilə bağlı QƏRAR VERİLƏCƏK

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçiriləcək.   Sfera.az xəbər verir ki, saat 12:00-da keçiriləcək brifinq...

Operativ Qərargah məlumat yaydı - Brifinq olacaq

Sabah Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Sfera.az xəbər verir ki, brifinq saat 12:00-a təyin edilib....