Səfər Əbiyevlə biznes ortaqlığı: Vahid Əhmədovu danışdıran səbəb

Səfər Əbiyevlə biznes ortaqlığı: Vahid Əhmədovu danışdıran səbəb

Deputat Vahid Əhmədov Milli Məclisin dünən keçirilən iclasında Müdafiə naziri Zakir Həsənov barədə danışaraq onun Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb.


Sfera.Az-ın verdiyi xəbərə görə, bu çıxışa dərhal həm parlamentin rəhbərliyi, həm digər deputatlar sərt etiraz edərək Vahid Əhmədova yerini göstərdi. Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin sözlərinə isə deputata vurulan sərt şillə demək olar:"Siz burada haqsız yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və Nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etmisiniz. Bu baxımdan birmənalı olaraq bildirirəm, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.


 

Zakir Həsənovun müdafiə naziri kimi ləkəsiz nüfuzunun olmasını, ictimaiyyət tərəfindən Orduda aparılan islahatların necə dəstəkləndiyini hər kəs bilir. Maraqlıdır, bəs bütün bunları bilən Vahid Əhmədovu özünü gülməli vəziyyətə salmağa vadar edən nədir?

 

 

Xırda araşdırma nəticəsində məlum oldu ki, Vahid Əhmədov keçmiş müdafiə naziri Səfər Əbiyevlə kirvəlik qohumluğu varmış. Onlar sonradan qazanılan bu "qan qohumluğu”na söykənərək də geniş biznes imperiyası yaradıblar. Səfər Əbiyev vəzifədə olduğu dövrdə Müdafiə Nazirliyinin əksər tenderlərini "təsadüfən” Vahid Əhmədovun şirklətləri qazanırdı. Bu tenderlər isə Ordunun ərzaq və geyim təminatının bütün sahələrini əhatə edir - əsgərin geydiyi çəkmədən tutmuş yediyi çörəyə qədər. Həmin illərdə yarımqarın yeyən, 2 il eyni çəkməni geyən əsgərlərimizin fonunda "çiçəklənən” Vahid Əhmədov - Səfər Əbiyev biznes ortaqlığı oldu. Bu biznes Azərbaycanın hüdudlarını da aşaraq Çexiyanın paytaxtı Praqada, digər ölkələrdə turistik pansionatlara və sair sahələrə şaxələndi.


 

Bu biznes ortaqlığı Səfər Əbiyev istefaya göndərildikdən sonra da davam edir. Belə ki, hazırda xaricdə olan bütün ortaq projeləri Vahid Əhmədov tərəfindən idarə olunur.

 

 

Son illər Azərbaycan Ordusunda aparılan islahatlar istər hərbçilərin maddi-texniki təminatında, istər yaşayış səviyyəsində ciddi müsbət dəyişikliklərə səbəb olub. Təbii ki, Müdafiə Nazirliyi strukturunda olan bütün bu dəyişikliklərdən kənarda qalan Səfər Əbiyev qəsqanclığını öz əlaltısı vasitəsilə dilə gətirməkdən başqa bir şey edə bilmir.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...