Seçkiqabağı təşviqat üçün ayrılan daimi görüş yerlərinin siyahısı açıqlandı

Seçkiqabağı təşviqat üçün ayrılan daimi görüş yerlərinin siyahısı açıqlandı
Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.

Sfera.az qaynarinfo-ya istinadən xəbər verir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Ümumilikdə isə bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb.

OXŞAR XƏBƏRLƏR