Saxta vaksinasiya sənədinə görə hansı cəza nəzərdə tutulub? – “Həm alanlar, həm də satanlar...”

Saxta vaksinasiya sənədinə görə hansı cəza nəzərdə tutulub? – “Həm alanlar, həm də satanlar...”
"Peyvəndlə bağlı saxta sənəd hazırlayanları 3 il həbs cəzası gözləyir”.

Bu sözləri Sfera.az-a açıqlamasında COVİD-19 əleyhinə vaksinasiya ilə bağlı saxta sənəd alanların olması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən vəkil İradə Cavadova deyib:

"Rəsmi sənədin saxtalaşdırılması, habelə vaksinasiyadan keçməyən şəxsə bununla bağlı saxta sənədin verilməsi sözsüz ki, cinayət məsuliyyətinin yaranması üçün əsasdır. Eyni zamanda, səlahiyyətindən sui-istifadə edərək  bu cür arayışların alınması da cinayət məsuliyyətinə cəlb etmək üçün hüquqi əsaslar verir”.

Vəkilin sözlərinə görə, bu saxtakarlıqda əsas məsuliyyəti həkim daşıyır: "Həmin addımı atan tibb işçisinə münasibətdə rəsmi sənədləri saxtalaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələrilə cinayət məsuliyyəti tətbiq oluna bilər. Həmçinin bu halda həmin saxta sənəddən istifadə edən şəxsə münasibətdə, habelə rüşvət vermə, alma  faktına görə də məsuliyyət yarana bilər”. 
 
İ. Cavadova sözügedən əmələ görə, hansı cəzaların gözlənildiyini də söyləyib: "Cinayət Məcəlləsinin(CM) 320-ci maddəsinə görə, rəsmi sənədləri, dövlət təltifləri, möhür, ştamp, blankları saxtalaşdırmaq, qanunsuz hazırlamaq, satmaq və ya qanunsuz sənədlərdən istifadə etməyə, hüquq verən, yaxud vəzifədən azad edən rəsmi sənəddən istifadə etmək məqsədilə saxtalaşdırmaq, qanunsuz hazırlamağa görə, 3000 manat cərimə,  2 il islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.  Bilə-bilə saxta sənədlərdən istifadə edənlərə münasibətdə 200-dən 500-dək manatadək cərimə,  80 saat müddətinə ictimai iş cəzası tətbiq olunur.  Bu zaman CM-nin vəzifə səlahiyyətindən sui-istifadə etməklə bağlı 308-ci maddəsi də tətbiq oluna bilər. Amma adətən buna getmirlər”.
 
Elçin
 
 
 
.
 
 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...