\"Zika\" virusuna yoluxmamaq üçün banan yeməyin

\

Virus qərb yarımkürəsində sürətlə yayılacaq

Tropik ölkələrə səfər edərkən "Zika” virusuna yoluxmamaq üçün banan yeməkdən və mavi rəngli geyimlərdən imtina edin. 
Sfera.az Trend-ə istinadla  xəbər verir ki, bunu Moskva Dövlət Tibb-Stomatologiya Universitetinin İnfeksion xəstəliklər kafedrasının professoru Nikolay Malışev bildirib. O deyib ki, isti və tropik ölkələrdə infeksiya yaymaq qabiliyyətli qansoran həşəratların sayı coxdur. Belə həşəratları mavi rəngli geyimlər və bananın iyi cəlb edir. Həşəratlar insanların üstünə açıq təbiətdə və araqaranlıqda daha çox qonur. N.Malışev bildirib ki, virusa qoruyuculardan istifadə etmədən cinsi əlaqə və qan köçürmələri zamanı da yoluxmaq mümkündür. 

Xəstəliyin simptomları hətta 2 il keçdikdən sonra özünü büruzə verə bilər. Daşıyıcı virusa yoluxduğundan xəbərsiz ola bilər. Xatırladaq ki, "Zika" virusuna yoluxma keçən ilin may ayında yalnız Braziliyada qeydə alınmışdı. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusa yoluxma müşahidə olunur. 

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq. Bu ilin fevral ayında Rusiyada ilk dəfə olaraq "Zika" virusu qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Bu yollarda hərəkət çətinləşib

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) isti...

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...