Beyində qurdların kök saldığını göstərən əlamətlər - 2 xəstəlikdən şübhələnin

Beyində qurdların kök saldığını göstərən əlamətlər - 2 xəstəlikdən şübhələnin
Beyin də yumşaq toxuma olduğundan parazitlərin üz tutduğu orqan olur. İnsan beyni parazitar infeksiyalara məruz qalır. Bu Taenia Solium helmintinin qurdları vasitəsilə baş verir.

Sfera.az medicina.az-a istinadən bildirir ki, bu helmintlər insana qurdun yumurtaları olan çirkli qida, su ilə keçir.

Qurd yumurtaları müxtəlif toxumalara, əzələlərə keçir, ordanda da beyinə çatıb, kistlər əmələ gətirir. 

Beynin qurdla yoluxmasının 2 növü var:

Çistiçerkoz və tenioz.

Çistiçerkoz -bu zaman insan parazitin müvəqqəti sürvə sahibinə çevrilir. Helmint beyin toxumasında parazitar kistlər formasında qalır.

Tenioz - daha yetişmiş qurd formasına yoluxmaqdır, qurd bağırsaqda kök salır və minlərlə yumurta qoyur. Bu zaman insan tam olaraq helminti sahibi olur.
Digər parazitlər kimi T solum da orqanizmə açıq si hövzəsi, quyu suyu, çirkli əllər və qida ilə keçir. Sanitar gigiyenik qaydalar, şəxsi gigiyenaya əməl etmədikdə yoluxma riski artır.

Hətta meyvə, tərəvəz, giləmeyvə, göbələklər də qurdyumurtalı ola bilər. 
Eləcə də  donuz əti bu parazitin mənbəyidir. 

Qida ilə udulduqda kistlər və yumurtalar nazik bağırsağa yapışır, sonra lentvari qurda çevrilir.

Bu parazitlə daha çox ucqar rayonlar, kəndlər, fermalar, çirkli su mənbələri olan yerlər zəngindir.

Qurdun ilk mənşəyi donuz və donuz nəcisi olduğundan, donuz fermaları olan yerlər, donuz əti yeyən ərazilərdə insanlar yaxşı bişirilməmiş donuz əti yedikdə yoluxur. 

Beynin qurda yoluxmasının əlamətləri:

-Kistin yerləşməsindən və sayından asılı olaraq dəyişir. Əzələdə olanda heç bir əlamət vermir. Göz alması, selikli qişa, dəridə olduqda iltihab, şişkinlik, ağrı müşahidə edilir. 

-Göz almasında olduqda görmədə qaralma, bulanıqlıq, görmənin zəifləməsi. 
Əgər helmint qan axını ilə beyin və onurğa beyinə keçsə, ən ağır forması neyrosistiçerkoz yaranır. 

Bu zaman beyinə təsir olur, kəskin baş ağrıları, qıcolmalar, huşun bulanması, yaddaş pozulması, diqqət yayğınlığı, nitqdə problemləry yaşanır.

Təcili adekvat müalicə olmasa, xəstə ölə bilir

Xəstəlik yoluxandan bir neçə aydan bir neçə ilə kimi inkişaf edir və əlamətlərini göstərir. 

Diaqnoz üçün 

Qan analizi, MRT, KT, beyində kist olduğu görüldükdə kistin çıxarılması zamanı cərrahlar kistin parazit yığnağı olduğunu görür.

Xəstəlik bir insandan digərinə asanlıqla keçmir. Əgər xəstə insanla digər insanlar eyni tualetdən istifadə edərsə və bu zaman gigiyenaya əməl olunmazsa, o zaman yoluxma ehtimalı var.

OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...