Ürək də “istirahət” etməlidir

Ürək də “istirahət” etməlidir
Kifayət qədər yuxu insanın sağlamlığı üçün çox vacibdir. Uzanmış vəziyyətdə istirahət etmək, ürək-damar sisteminin üzərinə düşən gərginliyi çıxararaq, onun işini normallaşdırır.

Uzanaraq istirahət etməyi heç nə ilə əvəz etmək olmaz.

"Uzanmış vəziyyətdə”, və ya ayaqları yuxarı qaldırmaqla oturaq vəziyyətdə, vaxtaşırı olaraq istirahət edilməsi (xüsusən də ayaq üstə işləyənlər üçün), arterial hipertoniyanın inkişaf etməsinin, aşağı ətraflarda qan dövranının pozulmasının profilaktikası üçün vacib hesab edilir.

Ümumiyyətlə, qan dövranının normal fəaliyyəti üçün vaxtaşırı olaraq bədənin vəziyyətini dəyişmək lazımdır. Məsələn, iş vaxtı siz uzun müddət oturmalı olursunuzsa, hər dəfə imkan olduqca, müəyyən vaxt keçdikdən sonra ayağa qalxaraq otaqda bir qədər gəzmək, oturduqda isə ayaqlarınızın vəziyyətini tez-tez dəyişdirmək, onları büküb-açmaq, hərəkət etdirmək lazımdır. Amerikanların, bizim əqidəmizə görə ədəbsiz hesab edilən – oturarkən ayaqları stolun üzərinə qoymaq adətləri, həkimlər tərəfindən qan dövranı pozulmasının gözəl profilaktikası hesab edilir. Ona görə imkan olan kimi bir az da olsa "amerkansayağı” oturmağa çalışın.

Əgər siz psixoloji gərginlik (stres) keçirmisinizsə, 15-20 dəqiqə ərzində mütləq ayaqlarınız yuxarıda olmaqla oturmağa və ya daha yaxşı olar ki, uzanmağa çalışın. Psixoloji gərgiliiyə məruz qalan zaman ayaq üstə olmaq, ürək-damar sisteminə olan gərginliyi kəskin şəkildə artırır.

Gün ərzində normal yuxu 8-10 saat təşkil etməlidir, həm də imkan olarsa gün ərzində də istirahət etmək yaxşı olar. Çarpayıda yatarkən ayaq tərəf bir qədər hündür (7-10 sm-dək) olmalıdır. Bu daha tez yuxulamağa və dərin yuxuya getməyə kömək edir, həmçinin ürək-damar sisteminin normal vəziyyətinin bərpa edilməsini təmin edir. Səhərlər yataqdan qalxarkən bədənin üfüqi vəziyyətdən şaqulu vəziyyətə keçməsi – qan dövranı üçün ciddi sınaqdır. Buna görə, saatın zəngi vuran kimi, tez bir zamanda yataqdan sıçramaq adətindən imtina etmək lazımdır. Yataqdan tələsmədən, tədricən qalxmaq lazımdır.

Yuxudan qalxan kimi fiziki gərginliklə məşğul olmayın. Səhərlər acqarına 1 stakan soyumuş çay, itburnu şirəsi və s. içmək lazımdır. Gecə ərzində ürək-damar sistemində olan mayenin həcmi azaldığı üçün onun yerini doldurmaq tələb olunur ki, bu da qan dövranını yaxşılaşmasına səbəb olur. Gün ərzində imkan olduqca, uzanmış vəziyyətdə istirahət etməkdən imtina etməyin.

Ağır və uzun iş günündən sonra yorğunluga fikir vermədən tez bir zamanda idman zalına, və ya qaçışa getməyə tələsməyin. Yaxşı olar ki, bədənin yorğunluğuna güzəştə gedərək bir qədər istirahət edəsiniz.


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...