Azərbaycanda yayılan xəstəlik adi qrip deyil – Həkimlər çarəsizdir

Azərbaycanda yayılan xəstəlik adi qrip deyil – Həkimlər çarəsizdir
 1 aydan çoxdur ki, əhali arasında kütləvi yayılan, geridönüşlü, təkrarlanan və uzun müddət davam edən, əvvəl həkimlərin mövsümi qrip adlandırıb sanki "boş verdikləri" virus təhlükəli dövriyyəyə qədəm qoyub.
Sfera.az medicina.az-a istinadən bildirir ki, bəzən gecəyarı belə insanlar aptekə gələrək qızdırma salıcı, öskürək əleyhinə dərmanlar, antibiotiklər, qrip dərmanları, akvamaris kimi preparatlar alır, aptekə gələn hər 10 nəfərdən 5-i isə qripə bənzər virusdan əziyyət çəkir.

Azərbaycan üçün yeni qrip epidemiyası halını alan və sanki bizə yeni, yad olan bu virus xəstəliyi, deyildiyi kimi 3-5 günə yox, 10-15 günə sağalır.
Allerqoloq-pulmanoloq Elaza Mikayılzadənin dediyinə görə, həkim özü də 1 aydan çoxdur, bu virusdan əziyyət çəkdiyini etiraf edərək, qəbula gələn pasiyentlərdə də eyni tip virus təyin etdiyini bildirib:

"Azərbaycanda yayılan virus kəskin respirator xəstəliklər qrupuna aid adenovirus infeksiyasıdır.  Daha çox 6 aylıqdan 5 yaşa kimi uşaqları, böyükləri və yaşlı insanları yoluxdurur. İmmuniteti zəif, xroniki xəstəliyi olanlarda xüsusilə kəskin baş qaldırır və ağırlaşmalarla davam edir.

Klinikası: aşağı və yuxarı tənəffüs yollarını, gözlərin selikli qişasını - konyuktivit zədələyir. Badamcıq və limfa düyünlərinin şişkinliyi və böyüməsi nəzərə çarpır. Miokardit, bronxit, angina, sinusit, frontit kimi təzahürlər verir.

Adenovirusun oyadıcısı olan virus çox davamlıdır, soyuq havaya və otaq temperaturuna qarşı dayanıqlıdır. Aktivliyini evdə 2 həftəyə kimi saxlayır. Yalnız UF lampa ilə ölə bilir.

Xəstəliyin yoluxma mənbəyi infeksiyalı insandır. Virus orqanizmdən burun boğaz ifrazı və nəcislə ifraz olunur. Ətraf üçün 3-4 həftə müddətində təhlükəlidir. Yoluxma hava-damcı yolu ilə baş verir. Bakteriyalarla birləşdikdə bakterial infeksiyaya keçir - bu zaman antibiotiklərlə müalicə qaçılmazdır. Lakin adenovirusun ilk başdan antibiotiklə müalicəsi düzgün deyil".

Həkim xəstə olan evdə dezinfeksiya işlərinin gücləndirilməsini, nəm təmizləmə işlərinin görülməsini, yataq dəstləri, dəsmalların hər gün yuyulmasını, evin havasının tez-tez dəyişdirilməsini məsləhət görür. Bu elə bir virusdur ki, heç bir xalq təbabəti üsulu kömək etmir. Virus əleyhinə müalicə aparılmalıdır.

Evdə də, çöldə də ağızda qoruyucu maska taxılmalıdır.

OXŞAR XƏBƏRLƏR

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...