Yumurtanın insan orqanizminə faydaları

Yumurtanın insan orqanizminə faydaları
 Yumurta ən qiymətli qida vasitələrindən biri sayılır. Onun tərkibi dəmir, amin turşuları və antioksidantlarla zəngindir. Təbii yollarla bəslənmiş toyuq yumurtasının tərkibindəki qiymətli maddələrin dəyəri isə onun tərkibində hormonların və antibiotiklərin olmaması səbəbindədir.

Sfera.az xəbər verir ki, insan orqanizmi 11 növ əvəzolunmaz yağ turşusu istehsal edir. Bu yağ turşuları orqnizmin funksiyalarının normal fəaliyyət göstərməsi üçün vacib sayılır. Yumurtanın tərkibində bu yağ turşularının 9-u var. Bu yağ turşuları xroniki yorğunluğu aradan qaldırır, dərinin və saçların sağlamlığını qoruyub saxlayır, immun sistemin möhkələnməsinə səbəb olur.

Gün ərzində 1-2 ədəd yumurta yemək immun sistemini möhkələndirir, orqanizmi infeksiya xəstəliklərə yoluxmaqdan qoruyur. Buna səbəb yumurtanın tərkibindəki selen və mikro elementlərin çox olmasıdır.
 
 
Hər gün yumurta yemək çəkinin azalmasına səbəb olur. Bəzi dietoloqlar hətta gün ərzində yanlız yumurta yeməklə pəhriz saxlayıb sağlam arıqlamağı məsləhət görürlər. 

Yumurtanın tərkibindəki amin turşuları orqanizmdəki həyəcanı və stressi aradan qaldırır, insanın psixi sağlamlığını qoruyur. Bu isə yumurtanın orqanizmdə serotoninin miqdarını artırmasından qaynaqlanır. Serotonin orqanizmə rahatlıq, sakitlik və xoş əhval-ruhiyə bəxş edən hormondur.

Yumurta dişlərin və sümüklərin də möhkəmlənməsinə səbəb olur. Buna səbəb də onun tərkibində D vitaminin çox olmasıdır.

Və nəhayət, yumurta dərinin sağlamlığına təsir edir, görməni yaxşılaşdırır, qara ciyərin fəaliyyətini yaxşılaşdırır. Bu da onun tərkibində B2 və B12 vitaminlərinin çox olması ilə əlaqələndirilir. Hər gün yumurta yemək insanın sinir sistemini möhkəmləndirir.
 
Qaynar.info

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...