Psixopatların beyni kiçik olur

Psixopatların beyni kiçik olur

Yeni araşdırma psixopatların beyin quruluşunda digər insanlardan fərqli cəhətlərin olduğunu ortaya çıxarıb.

 

Sfera.az xəbər verir ki, “Springer Nature” jurnalında yayımlanan tədqiqat göstərir ki, psixopatik xüsusiyyətlərə malik insanlarda beynin ümumi həcmi daha kiçikdir. Bu da onların aqressiv və zorakı davranışlarının səbəblərini izah etməyə kömək edir.

 

Alimlər bildirir ki, bu şəxslərin beynində qərarvermə, emosiyaların idarəsi və davranışa nəzarət kimi vacib funksiyalara cavabdeh olan sahələrdə ciddi fərqlər var. Məsələn, hərəkət və koordinasiyanı tənzimləyən beyin sapı və beyincik, eləcə də hissləri və sosial davranışları idarə edən orbitofrontal korteks və insula adlı beyin bölgələri daha kiçik ölçüdədir.

 


Bu isə o deməkdir ki, psixopatik meylləri olan insanlarda davranışı idarə edən beyin sistemləri normal inkişaf etməmiş və ya zəif formalaşıb.

 

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR