Burun əməliyyatından narazı olanlar nə etməli?

Burun əməliyyatından narazı olanlar nə etməli?

Estetik əməliyyatlar, xüsusilə də burun əməliyyatları (rinoplastika) son illərdə Azərbaycanda geniş yayılmış tibbi prosedurlardan birinə çevrilib. Pasiyentlər çox zaman estetik görünüşlərini yaxşılaşdırmaq və ya tənəffüs problemlərindən azad olmaq üçün bu cür əməliyyatlara üz tuturlar. Lakin bəzən əməliyyatından bir neçə il keçmiş şəxslərdə yenidən nəfəs darlığı, burun içində deformasiya və ya hələ də mövcud olan çəpər əyrilikləri kimi problemlər meydana çıxır.
 

Bəs illər əvvəl əməliyyat olunmuş bir pasiyent prosedurun düzgün aparılmadığını və ya səhlənkarlıq edildiyini düşünürsə, hansı yollarla haqqını axtara bilər?

 

Sfera.az xəbər veir ki, hüquqşünas Elşad İsayev “metbuat.az”a açıqlamasında bu məsələni hüququn ümumi prinsipləri baxımından izah edib.

 

Onun sözlərinə görə, bu, ziyan vurma nəticəsində əmələ gələn öhdəlikdir, hüquqda buna “delikt” deyilir:
 

“Yəni istər bədənə, istər səhhətə, istər əmlaka və s. hər hansı bir formada ziyan vurulursa, hüquqi məsuliyyət yaranır. Amma burada konkret olaraq söhbət bədən üzvlərinə həkim səhlənkarlığı nəticəsində dəymiş ziyandan gedir. Əgər şəxs hesab edirsə ki, müqavilə bağladığı və ödəniş etdiyi həkim ona xidməti düzgün göstərməyib, yaxşı əməliyyat etməyib, o zaman bu barədə səlahiyyətli dövlət orqanlarına – prokurorluğa, polisə, istintaqa və məhkəməyə müraciət etməlidir. Belə olan halda həmin qurumlar zərərçəkmişin və ya iddiaçının göstərdiyi halları aydınlaşdırmaq üçün birmənalı şəkildə ekspertiza təyin etməlidir. Bu ekspertiza isə artıq ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılmalıdır. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində məhkəmə-tibbi ekspertizası təyin olunmalıdır ki, məsələn, konkret olaraq burun nahiyəsində bir il, üç il, yaxud beş il əvvəl icra olunmuş plastik əməliyyat nəticəsində pasiyentə ziyan dəyibmi, əməliyyat protokollara və tibbi standartlara uyğun aparılıbmı, müraciət əsasında yaranmış problem aradan qaldırılıbmı və ya şəxsin sağlamlığına daha ciddi ziyan vurulubmu və s.”.
 

“Ekspertiza nəticəsində mütəxəssislər həqiqətən də həkimin səhvə və ya səhlənkarlığa yol verdiyini müəyyən etsələr, o zaman istər maddi, istərsə də mənəvi dəymiş zərərin miqdarı istintaq orqanları və ya məhkəmə tərəfindən müəyyən olunmalı və zərərçəkmiş şəxsə ödənilməlidir. Ola bilər ki, həkimin əməlində təkcə mülki hüquq pozuntusu yox, eyni zamanda cinayət hüquq pozuntusu da müəyyən olunsun. Bu halda artıq müvafiq maddə ilə cinayət işi başlanır, istintaq aparılır və iş baxılması üçün məhkəməyə göndərilir. Məhkəmə isə müvafiq qərar qəbul edərək həmin şəxsin hüquqi məsuliyyət məsələsinə baxır”, - deyə E.İsayev qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...